Fərəcullayev adını dünya futbol tarixinə yazdırdı

Fərəcullayev adını dünya futbol tarixinə yazdırdı

Bu gün – aprelin 2-də AFFA-da rəhbər dəyişikliyinin iki ili tamam olur. Rəhbər dəyişdi, bəs idarəetmə sistemi necə, dəyişdimi?

Qətiyyətlə “yox” deyə bilərik. AFFA Azərbaycan futbol ictimaiyyətinin başını illərdir  ki, təsadüfi və heç bir planlı işin nəticəsi olmayan  uğurlarla qatmağa çalışır. Vaxtilə San Marino üzərində qazanılmış 5-1 hesablı qələbəni FİFA turnirlərində demək olar ki, ilk oyunlarını keçirən, Azərbaycan xalqının adını məhz  FİFA seriya  turnirinə görə eşitdiyi Sent Lüsiya üzərində 6:1 hesablı qələbə  ilə yenilədi və bunu ictimaiyyətə toy-bayram kimi təqdim etdi.

Bizim məqsədimiz  həqiqətən də bu idi?  AFFA həqiqətənmi topla  davranışı yeni öyrənən milli üzərindəki qələbəni ictimaiyyətə sırımaq  istəyir  və bunu uğur adlandırır?

Syerra  Leone ilə oyundan sonra olan şadyanalıq isə başqa bir aləmdir. Necə deyərlər, Sent Lüsiya ilə oyundan sonra paltardəyişmə otağını basmış su fontanını atəşfəşanlıq  əvəzlədi.

Bəli, qələbənin dadı başqadır, amma oyundan sonra  FİFA-nın az qala bütün qitələrə  vaqonla  göndərdiyi bu kubokla  dövrə vurmaq  nədir? Futbolçuları, məşqçiləri başa  düşdük, bəs baş katib Cahangir  Fərəcullayevə nə düşmüşdü? Azərbaycan futbolundan daha çox öz imicini düşünmək kimi görüntü formalaşdıran baş katibin “məncə, qələbəni kiçiltmək lazım deyil” ifadəsi də məhz buna bir işarədir. Eyni zamanda, Cahangir müəllimin özünün də çətinliklə səsləndirdiyi “yolun başlanğıcı” ifadəsi isə bir başqa  araşdırma  mövzusudur.

Doğrudanmı Azərbaycan futbol ictimaiyyəti yeni AFFA rəhbərliyindən bunu umurdu, gözləyirdi?

Cənablar, orta yaş həddi az qala 30 civarında olan futbolçularla hansı yolun başlanğıcından danışırıq? Sonu olmayan yolun başlanğıcından?

Yolun başlanğıcı eyni zamanda bir sistemin başlanğıcı ilə mütənasibdir. Hansı ki, bizdə bu başlanğıc sözün əsil mənasında bərbad  vəziyyətdədir. Necə? Uzağa getmək lazım deyil.  Elə mart fasiləsində aşağı yaş qrupları üzrə milli komandalarımızın nəticələri bizim hansı yolun başlanğıcında olduğumuzu tam şəkildə ifadə edir:

U-21

27.03.2026. Portuqaliya – 0:4

31.03.2026. Bolqarıstan – 0:0

U-19

AVRO-2026-nın seçmə mərhələsi

25.03.2026. Litva – 0:4

28.03.2026. Şimali İrlandiya – 1:2

U-17

AVRO-2026-nın seçmə mərhələsi

24.03.2026. Bolqarıstan – 1:1

27.03.2026. Litva – 0:0

30.03.2026. Malta – 2:2

Bu hələ mart  ayında  qeydə alınmış nəticələrdir. Qələbəsizlik. Bundan öncəki nəticələr daha betərdir. “Allah betərin betərindən saxlasın” demək istərdik, amma bu yanaşma  ilə bizi gözləyən fəlakətlər hələ irəlidədir. Çünki yolun başlanğıcı deyəndə, adətən start nöqtə nəzərdə tutulmalıdır. Start nöqtəsi aşağı yaş qruplarda olur, onların nəticələri bizim yolun başlanğıcının necə olduğunu göstərir.

Cahangir müəllim, danışmağa nə hacət? Yoxsa reallıqları kənara qoyub, rəhbərliyin, futbol ictimaiyyətinin gözündən Sent  Lüsiya  və Syerra  Leone qələbələrini pərdə kimi asmaq niyyətiniz  var? Amma nə qədər də öz kurasiyanızda  olan kanalın mikrofonuna

danışsanız da, gəlişi gözəl sözlər səsləndirsəniz də, ən ucadan çıxan səs  həqiqətin səsidir.

Syerra Leone ilə oyundan sonra  turnirin səviyyəsinə uyğun ölçüdə olan kuboku başı üzərinə qaldırıb şadyanalıq edən Cahangir  müəllim, yəqin ki, həmin gün dünya  futbol tarixinə adını başı üzərinə kubok qaldıran ilk baş  katib kimi də

yazdırdı. Bu  həm də “kubok da mənimdir, səlahiyyət də, hakimiyyət də” mesajı idi. Həm ətrafına, həm İcraiyyə Komitəsinə, həm də eyni damı bölüşdüyü Sərxan Hacıyevə. Kimə nəyi sübut edirsiniz? Azərbaycan futbolunun ümumi tablosunu həmişə hesablar müəyyənləşdirib.

İnsaf  naminə onu da qeyd etməliyik ki, nəticələrimiz pis  olsa da, təşkilatçılıq baxımından hər zaman ön sıralarda yer almışıq. Bu da Sərxan Hacıyev tərəfindən davam etdirilən ssenaridir. Futbolun içindən çıxmış, futbolun hər üzünü görmüş Sərxan Hacıyevin  istər mükafatlandırma, istər kuboku təqdim etməsi zamanı davranışları da sırf peşəkar idarəçiyə yaraşan davranış idi. Kuboku başı üzərinə qaldıran şəxs – Cahangir  Fərəcullayev isə bütün bu işləri öz adı ilə ictimaiyyətə göstərir. Kiçik iddiaların dalınca qaçan şəxs necə böyük bir layihəni, öz  çiyinlərinə götürə bilər? Əgər yolun başlanğıcında belə bir yanaşma, belə bir strategiya varsa, o zaman bir reallıq  var: Bu yolun sonu yoxdur!

P.S. Geri gəlmişkən, cənab Fərəcullayev, 5 milyon manata yazdırdığınız  “futbolun inkişaf strategiyası”ndan nə xəbər var? Hərdən qarşınıza qoyub vərəqləyin, tozunu alın və baxın görün o strategiyada yolun belə başlanğıcı ilə bağlı öncəgörənlik varmı.

Aut.az

Son xəbərlər
Luçesku Rumıniya millisindən getdi
“Araz-Naxçıvan”dan inamlı qələbə
“Atletiko” “Çelsi”nin müdafiəçisi ilə maraqlanır
Müntəzəm mövsümün ən yaxşıları müəyyənləşdi
“Everton”un hücumçusu İngiltərə nəhənginə qoşulmaq niyyətindədir
Müdafiəçisi “Nyukasl”ı tərk edə bilər
Bundesliqa klubunda yeni müqavilə
Fərəcullayev adını dünya futbol tarixinə yazdırdı
“Milan” “Kristal Pelas”ın hücumçusu ilə maraqlanır
Xusanov yenə “Mançester Siti”nin ən yaxşısı oldu
Qapıçısı “Roma”dan ayrılmaq istəmir
De Zerbinin “Tottenhem”də ilk transfer hədəfi
La Liqa klubundan baş məşqçisi ilə yeni müqavilə
Azərbaycan idmançılarının reytinq siyahısı açıqlandı
Tonali İngiltərə Premyer Liqasını tərk edtmək istəmir
1/4 finalın ikinci oyunları keçiriləcək
"Qarabağ" – "Sabah" matçının hakimləri açıqlandı
Yüksək Liqada 4-cü dövrəyə start verilir
“Mançester Siti” müdafiəçisi ilə ayırlmağa qərar verdi
“Çelsi”nin oyunçuları Entso Fernandesdən narazıdırlar
“Nyukasl” futbolçusunu “Real”a satmağa hazırdır
De Zerbiyə fəaliyyət azadlığı təqdim edildi
Raşfordun “Barselona”dakı gələcəyi sual altına düşdü
“Real” “Kristal Pelas”ın “dayaqçı”sı ilə maraqlanır
1-ci Liqada 20-ci turun təyinatları açıqlandı
“Qalatasaray” “Liverpul”un kapitanı haqda xəyal edir
Gəncədə kəmər imtahanı təşkil edilib
Rauf Məmmədov üçün Almaniya sınağı
“Bayern”in ulduzu “Barselona”ya keçmək arzusundadır
Yarımfinal mərhələsi rəqəmlərin gözü ilə
DAHA ÇOX

Ən çox oxunanlar