AFFA ötən ilin gəlir və xərclərini açıqladı

AFFA ötən ilin gəlir və xərclərini açıqladı

AFFA-nın Hesabat Konfransı başlayıb.

Sports.az xəbər verir ki, tədbirdə milli assosiasiyanın prezidenti Rövşən Nəcəf, icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katib Cahangir Fərəcullayev, həmçinin Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə qatılıblar.

Konfransda futbol ictimaiyyətinin tanınmış nümayəndələri də iştirak edirlər.

Tədbirdə AFFA-nın maliyyə hesabatı açıqlanıb. AFFA-ya 2025-ci ildə 61 milyon 437 min 894 manat vəsait daxil olub. Bu məbləğdən 26 milyonu SOCAR-dan (AFFA Maliyyə dəstəyi), 11 milyon 128 min 500 manatı "AzərMaş"dan, 6 milyon 435 min 438 manat UEFA-dan, 5 milyon 300 min manat SOCAR-dan (Qrant Müqavilə) vəsait daxil olub.

Bundan əlavə, 4 milyon 907 min 311 manat A MYK Yayım Hüququ gəlirindən (UEFA), 2 milyon 874 min 917 manat FIFA-dan, 1 milyon 918 min manat "Paşa Sığorta"dan, 930 min manat "Paşa Həyat"dan, 500 min manat "Ensol MMC"dən, 132 min 750 manat "Carlsberg"dən, 59 min manat "Azərlotereya"dan, 1 milyon 251 min 978 manat digərlərindən qurumun hesabına köçürülüb.

AFFA-nın 2025-ci ildəki xərcləri də açıqlanıb. Qurumun ötən il üçün xərcləri 49 milyon 110 min 811 manatdır.

Milli komandalara xərclənən vəsaitlər 27 milyon 881 min 267 manat təşkil edib.

Əməkhaqqı və ezamiyyə xərcləri 8 milyon 128 min 465 manat, hakimlər və hakim-inspektorlara 4 milyon 40 min 35 manat, oyunların təşkilinə 2 milyon 441 min manat xərclənib.

Qızlardan və oğlanlardan ibarət U-10-dan başlayaraq U-19-a qədər liqaların təşkili, Region Liqası və digər turnirlərin keçirilməsi xərcləri 2 milyon 371 min 143 manat olub.

Bundan əlavə, VAR layihəsinin tətbiq olunmasına 978 min 200 manat, mühafizə xərcləri 556 min 437 manat, nəqliyyat xərcləri 472 min 940 manat, Kütləvi futbolun inkişafına 370 min 71 manat, aviabilet və hotel xərcləri 341 min 40 manat, digər xərclər 312 min 367 manat, Lisenziyalaşdırma və Maliyyə 267 min 630 manat, təsərrüfat xərcləri 214 min 94 manat, Marketinq və Sponsorluq Departamenti 208 min 220 manat, "Elit Məşq" Layihəsi 185 min 996 manat, təhsil 179 min 806 manat, kommunal və rabitə xərcləri 162 min 100 manatdır.

Qeyd edək ki, klublarımızın Çempionlar Liqası və Avropa Liqası oyunlarına təyinat alan UEFA nümayəndələrinin, hakim və hakim inspektorların qarşılanması xərcləri də həmin məbləğə daxildir.

2025-ci ildə AFFA-nın tərkibində olan federasiyaların, üzvlərin və akademiyaların saxlanılmasına ayrılan vəsaitlər də açıqlanıb. Ümumi məbləğ 2 milyon 825 min 58 manatdır

Ən çox vəsait Azərbaycan Futzal Federasiyasına verilib. Quruma 1 milyon 631 min 458 manat ayrılıb.

Futbolun İnkişaf Fonduna 384 min, Regional Futbol Federasiyaları İB-yə 208 min, Uşaq və Gənclər Futbol Federasiyasına 180 min, Çimərlik Futbol Federasiyasına 138 min, Azərbaycan Əlillər Futbolu Ferasiyası İB-yə 86 min, Sahə Futbol Federasiyasına 60 min, Bakı FF-yə 45 min, İctimai Futbol Təşkilatları İB-yə 39 min 600, Tələbə Futbol Federasiyasına 35 min, İsgəndər Cavadov adına Akademiyaya 18 min manat verilib.

Son xəbərlər
“Yuventus” hücumçusu ilə danışıqlarını yenilədi
“AFFA ilə PFL arasındakı müqavilənin şərtləri dəyişdirilə bilər” - Rövşən Nəcəf
Liqa 1-in ən ödənişli futbolçusu açıqlandı
Edeqor “Arsenal”a keçidində əsas rol oynamış kəsdən söhbət açdı
Entso Fernandes “Real”a keçidini sadələşdirməyə çalışır
Cerrad “Liverpul”u çalışdıra biləcəyi ilə bağlı sualı cavabladı
4 boksçumuz Böyük İpək Yoluna qələbə ilə başladı
Gəncədə daha bir kəmər imtahanı təşkil edilib
“Futbolun inkişafı göz qabağındadır” – Hüseynzadə
“Neftçi” futbolçulara ən çox maaş ödəyən klubdur
“İnanıram ki, səylərimiz müsbət nəticə verəcək” - Rövşən Nəcəf
Günün oyunları – TV
Buffon İtaliya millisindən ayrıldı
UEFA-nın Azərbaycan klublarına ayırdığı maliyyə vəsaiti açıqlanıb
AFFA stadion və məşq mərkəzlərinin saxlanılmasına 4 milyondan çox vəsait ayırıb
AFFA ötən ilin gəlir və xərclərini açıqladı
Pley-in mərhələsinə start verilir
Bu gün 1/4 finalın növbəti oyunları keçiriləcək
Azərbaycan çempionatının qalibi bu gün müəyyənləşəcək
Əvəzedicilər Liqasında iki həftəlik fasilə elan edilir
Bu gün AFFA-nın Hesabat Konfransı keçiriləcək
“Turan Tovuz” “Zirə”yə, “Qarabağ” “Sabah”a qarşı
“Turan” və “DH Volley” yarımfinala yüksəldi
Millinin təlim-məşq toplanışı keçiriləcək
MY “Borussiya”sının müdafiəçisi ilə maraqlanır
“Səbail” və “Zaqatala”dan qələbə
Böyük İpək Yolu beynəlxalq turnirinin açılış mərasimi keçirilib
“Real” “Atalanta”nın müdafiəçisi ilə maraqlanır
Super Liqa təmsilçisindən baş məşqçisi ilə yeni müqavilə
İtaliya Futbol Federasiyasının prezidenti istefa verdi
DAHA ÇOX

Ən çox oxunanlar