“AFFA ilə PFL arasındakı müqavilənin şərtləri dəyişdirilə bilər” - Rövşən Nəcəf

“AFFA ilə PFL arasındakı müqavilənin şərtləri dəyişdirilə bilər” - Rövşən Nəcəf

AFFA ilə Peşəkar Futbol Liqası (PFL) arasında imzalanmış müqavilənin şərtlərində dəyişiklik edilməsi, funksiyaların artırılması və ya azaldılması mümkündür.

Sports.az xəbər verir ki bunu milli assosiasiyanın prezidenti Rövşən Nəcəf mətbuat konfransında deyib.

Milli assosiasiyanın rəhbəri PFL-in ləğv ediləcəyi və ya fəaliyyət dairəsinin daraldılacağı ilə bağlı şayiələrə toxunub və qurumlararası münasibətlərin müqavilə əsasında tənzimləndiyini bildirib:

"PFL hazırda AFFA ilə imzalanmış müqavilə çərçivəsində öz fəaliyyətini davam etdirir. Gələcəkdə bu müqavilənin şərtlərində dəyişiklik edilməsi, funksiyaların artırılması və ya azaldılması mümkündür. Bu, müzakirə oluna biləcək məsələdir. Lakin mahiyyət etibarilə PFL federasiyanın ona ötürdüyü səlahiyyətləri icra edir. Bu prosesin hansı formatda davam edəcəyi gələcək ehtiyaclara və səmərəliliyə görə müəyyənləşəcək".

R.Nəcəf qeyd edib ki, klubların cərimə məbləğlərindən narazı qalması ilə bağlı hüquqi prosedurlar mövcuddur:

"İntizam Komitəsi müstəqil qurumdur, AFFA-nın onun fəaliyyətinə müdaxiləsi mümkün deyil. Cərimələrlə bağlı narazılığı olan klublar apellyasiya şikayəti verə bilərlər. Lakin bir məqamı qeyd edim ki, cərimələrdən toplanan vəsaitlər yenidən klubların inkişafına yönəldilir. Bu vəsaitlər AFFA-nın büdcəsində qalmır, yenidən futbolun və klubların maliyyələşməsinə xərclənir. Bu baxımdan "klubların soyulması" kimi ifadələr düzgün deyil".

Rövşən Nəcəf onu da bildirib ki, Misli Premyer Liqasında komanda sayının artırılması potensial namizədlərin hazırlıq səviyyəsindən asılıdır. Milli assosiasiya rəhbərinin sözlərinə görə, komanda sayının artırılması müzakirə mövzusudur:

"Lakin burada əsas məsələ infrastrukturun hazırlığıdır. Biz potensial olaraq hansı klubların çıxış edə biləcəyini və onların infrastrukturunu düzgün qiymətləndirməliyik. Məqsədimiz odur ki, çempionatda mübarizə aparacaq bütün klubların stadion məsələsini tam həll edək".

Onun sözlərinə görə, qərarlar verilərkən rəqabətlilik və keyfiyyət ön plana çəkilir:

"Elə olmamalıdır ki, say artımı xatirinə bəzi klublara güzəşt edilsin və bu, ümumi balansı pozsun. Biz həm futbolun davamlılığını, həm də infrastrukturun səmərəliliyini artırmağa çalışırıq. Bu, çox incə bir balansdır".

AFFA prezidenti bu mövzunun İcraiyyə Komitəsinin gündəmində olduğunu xatırladıb:

"Hazırda bu məsələni uzun müddətdir müzakirə edirik. İcraiyyə Komitəsinin növbəti iclaslarından birində bununla bağlı müvafiq qərarların verilməsi nəzərdə tutulur".

Son xəbərlər
“Qarabağ” inzibati işçilərə ən çox maaş ödəyən klubdur
“İnter” Keyta ilə maraqlanır
PSJ “Barselona”nın ulduzunun agenti ilə əlaqə yaratdı
Li Kan İn İspaniya La Liqasına üz tuta bilər
Kivu “İnter”i tərk edə bilər – şərt açıqlandı
AFFA UEFA-nın ayırdığı vəsaiti hansı sahələrə yönəldəcəyini açıqladı
“Yuventus” hücumçusu ilə danışıqlarını yenilədi
“AFFA ilə PFL arasındakı müqavilənin şərtləri dəyişdirilə bilər” - Rövşən Nəcəf
Liqa 1-in ən ödənişli futbolçusu açıqlandı
Edeqor “Arsenal”a keçidində əsas rol oynamış kəsdən söhbət açdı
Entso Fernandes “Real”a keçidini sadələşdirməyə çalışır
Cerrad “Liverpul”u çalışdıra biləcəyi ilə bağlı sualı cavabladı
4 boksçumuz Böyük İpək Yoluna qələbə ilə başladı
Gəncədə daha bir kəmər imtahanı təşkil edilib
“Futbolun inkişafı göz qabağındadır” – Hüseynzadə
“Neftçi” futbolçulara ən çox maaş ödəyən klubdur
“İnanıram ki, səylərimiz müsbət nəticə verəcək” - Rövşən Nəcəf
Günün oyunları – TV
Buffon İtaliya millisindən ayrıldı
UEFA-nın Azərbaycan klublarına ayırdığı maliyyə vəsaiti açıqlanıb
AFFA stadion və məşq mərkəzlərinin saxlanılmasına 4 milyondan çox vəsait ayırıb
AFFA ötən ilin gəlir və xərclərini açıqladı
Pley-in mərhələsinə start verilir
Bu gün 1/4 finalın növbəti oyunları keçiriləcək
Azərbaycan çempionatının qalibi bu gün müəyyənləşəcək
Əvəzedicilər Liqasında iki həftəlik fasilə elan edilir
Bu gün AFFA-nın Hesabat Konfransı keçiriləcək
“Turan Tovuz” “Zirə”yə, “Qarabağ” “Sabah”a qarşı
“Turan” və “DH Volley” yarımfinala yüksəldi
Millinin təlim-məşq toplanışı keçiriləcək
DAHA ÇOX

Ən çox oxunanlar