Türkiyənin Gəncədəki baş konsulu “Kəpəz”in qonağı oldu

Türkiyənin Gəncədəki baş konsulu “Kəpəz”in qonağı oldu

Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş konsulu Recep Öztop “Kəpəz” PFK-nın qonağı olub.

Sports.az xəbər verir ki, akademiyada keçirilən görüşdə klubun icraçı direktoru Ruslan Məmmədov, komandanın baş məşqçisi Azər Bağırov, kapitan Əli Səmədov, klubun ictimaiyyətlə əlaqələr üzrə koordinatoru Nofəl Əzizov, həmçinin “PatriotNews.az” saytının rəhbəri və “Qarabağ Qaziləri” İctimai Birliyinin Gəncə şəhər filialının sədr müavini Ceyhun Əliyev iştirak ediblər.

Qonağa klubun bazası, Akademiyanın fəaliyyəti və son dövrlərdə infrastruktur sahəsində görülən işlər barədə ətraflı məlumat verilib.
Görüş zamanı Ruslan Məmmədov baş konsul Recep Öztopa “Kəpəz”in formasını hədiyyə edib.

Sonda tərəflər gələcəkdə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, idman və futbol sahəsində birgə təşəbbüslərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Baş konsul komandanın məşqini də izləyib, futbolçulara qarşıdakı oyunlarda uğurlar arzulayıb və Gəncə stadionunda “Kəpəz”in oyunlarını canlı izləyəcəyini bildirib.

Son xəbərlər
“Futbolçularıma başa saldım ki, daha yaxşı oynaya bilərlər”
"Sumqayıt" "Neftçi"yə qarşı - YENİLƏNİR
Müdafiəçisi “Nyukasl”dan ayrılacaq
Vitinya hansı şərtlə “Real”a keçə bilər?
“Liverpul” “Yuventus”un müdafiəçisi uğrunda öncüldür
Avropa Kubokunda 24 medal
“Yuventus” “Arsenal”ın müdafiəçisi ilə maraqlanır
“Real” iki seçimindən imtina etdi
“Barselona” “Atalanta”nın müdafiəçisi ilə maraqlanır
“Liverpul” müdafiəçisinə şərt qoydu
“Hər şeyi sıfırdan başlamağımız gərəkdir”
“Mançester Yunayted” kapitanını itirə bilər
Soboslai “Liverpul”a münasibətini açıqladı
“Qarabağ” - “Karvan-Yevlax” oyununun biletləri satışa çıxarılır
Kukurelya ən yaxşı sol cinah müdafiəçisini açıqladı
“Barselona” Raşfordla bağlı hansı qərarı verəcək?
De Bröyne “Napoli”dəki gələcəyini açıqladı
“Atletiko” “Atalanta”nın yarımmüdafiəçisi ilə müqavilə razılaşdırdı
Klopp yekun seçimini açıqladı
A Seriyasında ən yaxşı seçildi
Vüsalın komandası evdə uduzdu
Nərimanın MLS-də ikinci oyunu
“2 həftəlik fasilə “Kəpəz”in xeyrinə olacaq” - Azər Bağırov
Zamiq üçün 3 xal və sarı vərəqə
Cəlal oynadı, komandası qalib gəldi
Gəncədə Avropa Kuboku bu gün başa çatacaq
Mahir oynadı, komandası qələbə qazandı
PSJ “Arsenal”ın cinah hücumçusunu hədəfə aldı
“Kəpəz” “Qəbələ”yə, “Sumqayıt” “Neftçi”yə qarşı
PSJ-dən inamlı qələbə
DAHA ÇOX

Ən çox oxunanlar