“Nəticə əldə etmək üçün daha yaxşı olmalıyıq” – Qurban Qurbanov

“Nəticə əldə etmək üçün daha yaxşı olmalıyıq” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun yarımfinal mərhələsində “Sabah”la ilk qarşılaşma haqda danışıb.

Sports.az xəbər verir ki, o, 2:2 hesablı heç-heçəni belə şərh edib:

“Azarkeşlərə təşəkkür etmək istəyirəm, çox möhtəşəm atmosfer var idi. Hər iki komandanın oyunçuları da azarkeşlərə layiq oynadılar.

Sürətli, dinamik oyun idi. Futbolçularım bir az yorulublar. Qarşıda “Karvan-Yevlax” oyunu var. Ona hazırlaşacağıq. 

Kaşukun “Sabah”a transferiylə bağlı bizdə məlumat yoxdur. Qarşı tərəfdə varsa, bunu bilmirəm. 
 
Biz hər zaman maksimum nəticə göstərmək üçün iddialıyıq. Qarşımızda da çox yaxşı komanda var idi. Sona kimi dözən komandadır. Biz də çox yaxşı komandayıq, lakin “Sabah” da çox yaxşı komandadır. Belə rəqibə qarşı oynamaq çox xoş idi. Bir-birini tamamlayan futbolçuları var. Nəticə əldə etmək üçün daha yaxşı olmalıyıq.

Azarkeşlər stadiona gəlsə, istənilən rəqibə qarşı hər zaman çox yaxşı oyun olacaq. Futbol haqda çox uğursuz danışırlar və buna görə ola bilər ki, inamı itiriblər. Lakin hər kubok və çempionat oyunlarında belə azarkeşlər olsa, qarşılaşmalar daha maraqlı keçəcək. 

Dambrauskasla hər zaman futbol haqda söhbət edirəm və o, Azərbaycan futboluna çox dəyər verir. Bizim belə danışıqlarımız çox olur”.

Son xəbərlər
Son 10 mövsümün tamaşaçı rekordu
Premyer Liqada 26-cı turun təyinatları açıqlandı
“Milli Aviasiya Akademiyası” və “Gəncə” yarımfinala yüksəldi
“Naxçıvan” “Sərhədçi”yə qalib gəldi
Mərkəzi arenada 4 qol - VİDEO
“Nəticə əldə etmək üçün daha yaxşı olmalıyıq” – Qurban Qurbanov
Azərbaycan çempionatının qalibi bəlli oldu
“Əvvəlcədən qurduğumuz planı həyata keçirə bilmədik” – Dambrauskas
“Barselona”nın yarımmüdafiəçisi “Mançester Siti”nin maraq dairəsindədir
“Qarabağ”la “Sabah”dan heç-heçə, “Zirə”dən inamlı qələbə
Müdafiəçisi “Yuventus”dan ayrıla bilər
“Zirə”dən yarımfinalda inamlı qələbə - VİDEO
Premyer Liqada martın ən yaxşı futbolçusu bəlli oldu
Mingəçevirdə 7 qol
“Qarabağ” – “Sabah” matçından öncə sosial aksiya
“Leypsiq” müdafiəçisini satmağı düşünür
“Öz səhvlərimizdən məğlub olduq” - Yunis Hüseynov
“Zirə”nin baş məşqçisi olduğum üçün xoşbəxtəm” - Rəşad Sadıqov
"Yatırım etməyin anlamı yoxdu" - Ehtiram Quliyev
Qattuzo istefa verdi
Premyer Liqada martın ən yaxşı məşqçisi açıqlandı
Kasado Səudiyyə Ərəbistanına keçə bilər
“Şəki” pley-in mərhələsinə qələbə ilə başladı
Parabadmintonun inkişafı istiqamətində yeni əməkdaşlıq memorandumu
“Yuventus” keçmiş müdafiəçisini geri qaytarmaq istəyir
Premyer Liqada klub xərclərinin 60 faizdən çoxu maaşlara gedir
“Turan Tovuz”un futbolçusuna Türkiyə və Rusiya klublarından təklif var
“Yuventus” “Real”ın müdafiəçisi ilə maraqlanır
Türkiyənin Gəncədəki baş konsulu “Kəpəz”in qonağı oldu
Elçin Səmədli DÇ-nin oyunlarında
DAHA ÇOX

Ən çox oxunanlar