“Qarabağ”la “Sabah” Antalyada turnirə qatılıb

“Qarabağ”la “Sabah” Antalyada turnirə qatılıb

Aprelin 3-4-də Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov Türkiyədə səfərdə olub.

Sports.az xəbər verir ki, səfər çərçivəsində Fərid Qayıbov UNESCO-nun İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyasına Tərəflər Konfransının (COP10) sədri olaraq, aprelin 3-də İstanbul şəhərində “İdmanla əlaqəli bakalavr proqramlarında antidopinq biliklərinin gücləndirilməsi və təhsil potensialının artırılması” mövzusunda seminarın açılış mərasimində iştirak edib.

Həmin gün Dünya Etnosport Konfederasiyasının prezidenti Nəcməddin Bilal Erdoğanın dəvəti ilə Antalyaya yollanan nazir Fərid Qayıbov Beynəlxalq Etnosport Forumu çərçivəsində Nəcməddin Bilal Erdoğanla və İran İslam Respublikasının gənclər və idman naziri Əhməd Dünyamalı ilə ikitərəfli görüşlər keçirib.

Aprelin 4-də isə nazir Fərid Qayıbov Beynəlxalq Etnosport Forumunun açılış mərasimində çıxış edib.

Səfər çərçivəsində nazir Antalyada keçirilən beynəlxalq turnirdə iştirak edən “Qarabağ” FK-nın U-12 və “Sabah” FK-nın U-14 komandaları ilə görüşüb. Həmçinin Antalya şəhərində keçirilən, TÜRKPA-ya daxil olan dövlətlərin parlamentlərarası beynəlxalq futbol turnirində Türkiyə - Azərbaycan final oyununu türkiyəli həmkarı Osman Aşkın Bak ilə birlikdə izləyib, təltifetmə mərasimində iştirak edib. Azərbaycan Respublikası Milli Məclisinin komandası turnirin gümüş medalını qazanıb.

Son xəbərlər
PSJ-dən inamlı qələbə
“Real” uduzdu, “Barselona” qalib gəldi
“Arsenal”la “Liverpul”u yarımfinala buraxmadılar
“Fiorentina”ya bir qol bəs etdi
“Trabzonspor” “Qalatasaray”a qalib gəldi
Azərbaycanın 8 boksçusu yarımfinalda
“Bayern”dən səfərdə çətin qələbə
“Qarabağ”la “Sabah” Antalyada turnirə qatılıb
“Milan” “Aston Villa”nın hücumçusu ilə maraqlanır
“Cavab görüşünə ciddi hazırlaşacağıq” - Baxşıyev
Avropa Kubokunun ilk günündə 13 medal
“Planımızı tam həyata keçirə bilmədik, gücümüz çatmadı”
“Arsenal” “Real”ın hücumçusu ilə maraqlanır
“Əsas hədəfimiz pley-off mərhələsinə yüksəlməkdir”
“Geniş heyətə malik rəqiblərlə mübarizə bizim üçün çətindir”
NTD “Sumqayıt”ı məğlub etdi
İtaliya yığması məşhur mütəxəssisə tapşırıla bilər
“Sabah”, “Neftçi” və “Qarabağ”ın əvəzedicilərindən inamlı qələbə
“Gəncə” “Lənkəran”a qalib gəldi
“Atletiko” “Milan”ın müdafiəçisi ilə maraqlanır
Millimizin seçmə mərhələ üçün heyəti açıqlandı
Kadidən 40-cı qol
“Roma”nın ulduzu Braziliyaya üz tuta bilər
18 ildən sonra: Tarixdə 3-cü dəfə
“Zirə”dən 25-ci qələbə
Lukaku Türkiyə Super Liqasına keçə bilər
“Sabah”dan 50-ci qol
Yüksək Liqada yarımfinalın oyun cədvəli bəlli oldu
“Atalanta”nın yarımmüdafiçisi İspaniya La Liqasına üz tuta bilər
“Barselona” hücumçusunu geri qaytarmaq istəyir
DAHA ÇOX

Ən çox oxunanlar