Azərbaycan futbolu
“Futbolçularıma başa saldım ki, daha yaxşı oynaya bilərlər”

05.04.2026 | 18:00
“Qəbələ” bu gün Misli Premyer Liqasının 26-cı turunun açılış matçında “Kəpəz”lə qarşılaşıb.
Sports.az xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən oyundan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Sxadadzenin mətbuat konfransı olub.
Gürcüstanlı çalışdırıcı 2:0 hesabı ilə qalib gəldikləri matçı belə şərh edib:
“Futbolçularıma təşəkkür edirəm, çox çalışdılar. Oyunun əvvəlində hiss olunurdu ki, psixoloji gərginlik var oyunçularda. Daha sonra isə başa düşdülər ki, daha yaxşı oynaya bilərlər. İkinci hissədə ümumiyyətlə, rəqibə şans vermədilər. Mən də onlara başa saldım ki, daha yaxşı oynaya bilərlər.
Azarkeşlərimizə də təşəkkür edirəm. Sona kimi bizi dəstəklədilər və nə yaxşı ki, onlar da bizim kimi oyunun sonunda sevinən tərəf oldular”.
Son xəbərlər





























