“Biz maksimumuza ötən ilin noyabrında çatmışdıq” - İliç

“Biz maksimumuza ötən ilin noyabrında çatmışdıq” - İliç

“Sumqayıt"ın baş məşqçisi Saşa İliç Premyer Liqanın 26-cı turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Sports.az xəbər verir ki, o, 1:3 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:

“Neftçi"ni təbrik edirəm. Oyunun gedişində bir neçə səhv buraxdıq. Nəticədə də uduzduq.

Mənim haqqımda qərarları rəhbərlik verir. Hansısa problem yoxdur. Biz futbolçulara tapşırıqlarımızı veririk. Məsələn, Səbuhi Abdullazadəyə deyirik ki, meydançanın mərkəzində səhv etmək olmaz, ancaq bu, hər oyunda təkrarlanır. Tək Səbuhi ilə bağlı problem yoxdur. Bu gün Səbuhi, sabah Masaka, ondan sonrakı gün Ninkoviç də də baş verə bilər. Bir nəfərə deyilirsə, digərləri də başa düşməlidir. Çünki "Neftçi" kimi komandalar bu cür səhvləri bağışlamır.

Premyer Liqada 4-5 komanda var ki, bizi səviyyə baxımından üstələyir. Buraxdığın səhvlər də nəticəyə birbaşa təsirini göstərir. Biz maksimumuza ötən ilin noyabrında çatmışdıq. Xatırlayıram, liqanın birinci yarısında heç kim sual vermirdi ki, necə olur bu cür qələbələr qazanırsız? Futbolda belə nəticələr olur. Maksimuma çatdıq və irəliləmək üçün addımlar lazım idi. Rəhbərliklə danışdıq, bəzi transferlər baş tutmadı. İndi isə gənclər özlərini göstərməlidir ki, yeni mövsüm əsas heyətdə olsunlar və ya başqa klublara keçə bilsinlər”.

Son xəbərlər
Yarımfinal cütləri müəyyənləşdi
Son gündə iki heç-heçə
“Neftçi” “Sumqayıt”a belə qalib gəldi - VİDEO
“Liverpul” “Bornmut”un müdafiəçisi ilə maraqlanır
Millimiz məşqlərə başladı
Azərbaycan çempionatına yekun vuruldu
“Real” “Kristal Pelas”ın müdafiəçisi ilə maraqlanır
Azərbaycanın 19 boksçusu yarımfinalda!
“Biz maksimumuza ötən ilin noyabrında çatmışdıq” - İliç
“Həmin matçları səbirsizliklə gözləyirəm” - Vernidub
“Mançester Yunayted” PSJ-nin hücumçusu ilə əlaqə saxlayacaq
“Qəbələ” “Kəpəz”ə, “Neftçi” “Sumqayıt”a qalib gəldi
Azərbaycanlı gimnastlardan beynəlxalq turnirdə 6 medal
“Arsenal” hücumçusunun satışını nəzərdə tutub
“Kəpəz” “Qəbələ”yə belə uduzdu - VİDEO
Azər Bağırov: “Qəbələ” bu gün daha yaxşı çıxış etdi”
“Futbolçularıma başa saldım ki, daha yaxşı oynaya bilərlər”
Müdafiəçisi “Nyukasl”dan ayrılacaq
Vitinya hansı şərtlə “Real”a keçə bilər?
“Liverpul” “Yuventus”un müdafiəçisi uğrunda öncüldür
Avropa Kubokunda 24 medal
“Yuventus” “Arsenal”ın müdafiəçisi ilə maraqlanır
“Real” iki seçimindən imtina etdi
“Barselona” “Atalanta”nın müdafiəçisi ilə maraqlanır
“Liverpul” müdafiəçisinə şərt qoydu
“Hər şeyi sıfırdan başlamağımız gərəkdir”
“Mançester Yunayted” kapitanını itirə bilər
Soboslai “Liverpul”a münasibətini açıqladı
“Qarabağ” - “Karvan-Yevlax” oyununun biletləri satışa çıxarılır
Kukurelya ən yaxşı sol cinah müdafiəçisini açıqladı
DAHA ÇOX

Ən çox oxunanlar