“Hakimlər təzyiq altındadır” - Qurban Qurbanov

“Hakimlər təzyiq altındadır” - Qurban Qurbanov

"Qarabağ" Misli Premyer Liqasının 26-cı turunda Tofiq Bəhramov adına Respublika Stadionunda "Karvan-Yevlax"ı 7:0 hesabı ilə məğlub edib.

Sports.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

“Komandada xatakter olmasa, nəticələr olmazdı. Çünki uğursuz seriyamız olub, sonra geridönüş edə bilmişik. Amma alınmayan vaxtlar da olub. Daxili problemlər olub, futbolçuların çoxu istədiyimiz formada olmayıblar. Futbolçuların potensialı var, təcrübəli komandayıq. Sona kimi çalışırıq ki, qələbə qazanaq. "Sabah" yaxşı balanslaşmış komandadır. "Neftçi", "Zirə", "Turan Tovuz" oyunlarını yaxşılaşdırıblar, stabil oyun və nəticə göstərirlər. Hər oyuna hazır olmalıyıq. Çalışmalıyıq ki, nəticə vermək üçün düz nədirsə, ondan əl çəkməyək. 

Hakimlər bilmirlər nə qərar versinlər. Bilmirəm tələb çoxdur, yoxsa dünya futbolunda da hansı yeni qaydalar olur. Hakimlər bir az tərəddüd içindədirlər. Məndə də olur, bəzən təcrübəsiz futbolçudan oyunun gedişatında çox şey tələb edirəm. Bəzən görürsən ki, təcrübəsizlik ona mane olur. Birində düz edir, o birində yox. Bir qayda olmalıdır. Futbolun dili birdir, hakimliyin də. Ola bilər tam formalaşmaq lazımdır. Bizim öz hakimlik məktəbimiz olmalıdır. Avropa nə qədər desə də, bizim də öz dəst-xəttimiz, qanunlarımız olmalıdır. Hakimlər sanki bir az təzyiq altındadır. Allah köməkləri olsun. Çünki ən çox müzakirə olunan onlardır, basqı onlardadır. Allah işlərini asanlaşdırsın”.

Son xəbərlər
“Sabah”a qarşı mübarizə aparmaq bizim üçün prestijdir”
Azərbaycanın 11 boksçusu finalda
“Arsenal” nəhəng keçid gerçəkləşdirmək niyyətindədir
“Karvan-Yevlax” “Qarabağ”a belə uduzdu - VİDEO
“Naxçıvan” pley-offa vəsiqə qazandı
Bruno Fernandesdən Kristiano Ronaldo açıqlaması
“Hakimlər təzyiq altındadır” - Qurban Qurbanov
“Milan”ın keçmiş inzibatçısı A Seriyasının klubunu satın ala bilər
“Acı məğlubiyyət aldıq” - Füzuli Məmmədov
“Qarabağ”dan darmadağın
“Ağdaş” və “Araz Saatlı”dan qələbə
1-ci Liqada 21-ci turun təyinatları açıqlandı
Gəncədə beynəlxalq təlim-məşq toplanışına start verildi
“Napoli” rəhbərliyi baş məşqçisi ilə bağlı qərar qəbul etdi
“Bizim üçün çempionat “Naxçıvan”la oyunda bitmişdi”
Millimiz Moldova yığmasına qalib gəldi
Azərbaycan güləşçisi ABŞ-də bürünc medal qazanıb
Hücumçusu “Borussiyazdan ayrılmağa qərar verdi
“Sabah” “Astana”ya qalib gəldi
“Qarşıdakı hər oyun final kimi olacaq”
“Barselona” yarımmüdafiəçisini PSJ-yə satmaqdan imtina etdi
“Qəbələ”nin əvəzediciləri uduzdu, “Turan Tovuz” qalib gəldi
“Şəki” pley-offa yüksəldi
“Mançester Siti” Qvardiolaya xahiş ünvanladı
PSJ-nin yarımmüdafiəçisi milli seçimini etdi
Millimizin Andorra ilə oyunlar üçün heyəti açıqlandı
“Barselona” “Mançester Siti”nin kapitanı ilə razılıq əldə etdi
Azərbaycan çempionatının qalibləri müəyyənləşdi
Azərbaycanı AÇ-də 14 şahmatçı təmsil edəcək
Komitə sədri hakim səhvlərini etiraf etdi - VİDEO
DAHA ÇOX

Ən çox oxunanlar