Azərbaycan futbolu
“Bu oyunda ən azı bir xal qazanmaq istəyirdik”

07.04.2026 | 22:20
“Araz-Naxçıvan” bu gün Azərbaycan Premyer Liqasının 26-cı turunun son matçında “Sabah”la üz-üzə gəlib.
Sports.az xəbər verir ki, 2:4 hesabı ilə məğlub olan Naxçıvan təmsilçisinin məşqçisi Vadar Nuriyev oyuna yaxşı hazırlaşdıqlarını bildirib:
“Oyuna yaxşı hazırlaşmışdıq, yaxşı təhlil etmişdik. Səhvlərimizdən qollar buraxdıq. Hakim nəticəyə təsir edən səhvlər buraxdı. Penalti epizodunda ümumiyyətlə, VAR-a baxmadı.
“Sabah” elə komandadır ki, onlarla açıq futbol oynasan, irəli buraxsan, istər-istəməz fərqlənəcəklər. Bu oyunda ən azı bir xal qazanmaq istəyirdik. Rəqibi təbrik edirəm. Biz də yolumuza davam edəcəyik”.
Naxçıvanlıların ukraynalı baş məşqçisi Andrey Demçenko oyundan sonra qırmızı vərəqə aldığı üçün mətbuat konfransına gəlməyib.
Son xəbərlər





























