“Gürcüstan yığması səhvlərimizi bağışlamadı”

“Gürcüstan yığması səhvlərimizi bağışlamadı”

Futzal üzrə Gürcüstan millisi yoldaşlıq oyununda Azərbaycan komandasının səhvlərini bağışlamayıb.

Sports.az xəbər verir ki, bu barədə yığmanın üzvü Nihad İsmayılov Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında bildirib.

O, Tiflisdə rəqibə 2:4 hesabı ilə uduzduqları matçla bağlı fikirlərini bölüşüb:

"Yaxşı oynadıq. Birinci hissədə qol vura bilməsək də, real imkanlar baxımından üstün idik. 6-7 epizodu boşa verdik. Dəyərləndirə bilsəydik, matçın gedişi fərqli olacaqdı. Əvəzində meydan sahibi komanda səhvlərimizi bağışlamadı. Çaşqınlıqdan istifadə edib, bir dəqiqə ərzində ardıcıl iki qol vuraraq üstünlük qazandılar. İkinci hissəyə fərqli başladıq. Bu dəfə qolu biz vurduq. Fasilədən sonra bərabər oyun oldu. Baş məşqçi komandaya cəlb edilən gənclərə də şans verdi. Əlbəttə, onlar dəvət olunublarsa və səfərə gətiriliblərsə, təcrübə toplamaq baxımından meydana çıxmaqları lazım idi. Onlar üçün yaxşı təcrübə oldu. Yoxlama oyunları da buna görə əhəmiyyətlidir".

İsmayılov bu rəqiblə yenidən üz-üzə gələcəklərini xatırladıb:

"Bu dəfə qələbə qazanan tərəf biz olarıq. Oyundan oyuna yaxşı tərəfdən seçilir komandamız. Yaxşı kollektivimiz var. Ab-hava da müsbətdir. Uşaqlar hesabda geri düşməyimizə rəğmən, ruhdan düşmədilər. Bu, fərqləndiriləcək məqamdır. Ardıcıl keçirəcəyimiz yoldaşlıq oyunları da irəliyə addım atmaq baxımından xeyrimizə olacaq".

Qeyd edək ki, Azərbaycan millisi aprelin 11-də eyni məkanda Gürcüstanla ikinci dəfə görüşəcək. Ayın 13-ü və 15-də isə komanda Aktauda Qazaxıstan ilə yoldaşlıq matçları keçirəcək.

Son xəbərlər
“Beşiktaş”dan inamlı qələbə
“Milan” “Çelsi”nin hücumçusunu icarəyə götürmək istəyir
Sumqayıtda Azərbaycan birinciliyi keçiriləcək
“Sabah”ın U-18 komandası ÇL-də məğlub oldu
Ercan Aslan və Gülay Orucovadan qızıl medal
“Barselona” yay hazırlıq səfəri üzərində çalışır
“Borussiya”da yeni müqavilə
1-ci Liqada daha iki turun oyun cədvəli açıqlandı
“Real” Oliseyə görə nəhəng təkliflə çıxış edə bilər
Mingəçevirdə məşqçilər üçün seminar başa çatıb
Yeddi azərbaycanlı idmançı üçün Türkiyə sınağı
“Real”ın hücumçusu Premyer Liqaya yollana bilər
Spaletti ilə yeni müqavilə imzalandı
Azərbaycan güləşçiləri üçün Antalya sınağı
“Hər görüşə qələbə üçün çıxacağıq” - Füzuli Məmmədov
“Arsenal” “Real”ın iki məzununu hədəfə aldı
“Qarabağ”la oyundan sonra komandanı tanıya bilmirəm” - Azər Bağırov
“Kəpəz” Yevlaxda darmadağına üzüldü - VİDEO
Martinelli gələcəyi ilə bağlı qərar verdi
“Karvan-Yevlax”dan darmadağın
2-ci dərəcə məşqçi kursu başa çatıb
“Barselona” 10 milyon avro məbləğində qabağa düşə bilər
UEFA C kursu keçirilib
“Kəpəz”in futbolçusu İstanbulda əməliyyat edildi
“İnter” türk ulduzu ilə müqaviləsini yeniləyəcək
Bakıda “Bahar Kuboku” keçiriləcək
“Şirvan”ı azarkeşləri ziyana saldı
“Yuventus” qapıçısını satmağı qərara aldı
“Səbail” cərimələndi
Premyer Liqada daha 5 oyunun hakimləri açıqlandı
DAHA ÇOX

Ən çox oxunanlar