“Şirvan”ı azarkeşləri ziyana saldı

AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sports.az xəbər verir ki, iclasda 2-ci liqanın 21-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Araz Saatlı” – “Ağstafa Gəncləri” oyunu Təcili Tibbi Yardım maşınının gec gəlməsi səbəbindən gec başladığına görə “Araz Saatlı” komandası 200 manat cərimə edilib.
“Göygöl” – “Ağdaş” oyunu Təcili Tibbi Yardım maşınının gec gəlməsi səbəbindən gec başladığına görə “Göygöl” komandası 200 manat cərimə edilib.
“Şirvan” – “Xankəndi” oyununda “Şirvan” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə ikinci dəfə təkrarlandığına görə “Şirvan” komandası 500 manat cərimə edilib.
“Kür-Araz” – “Şəmkir” oyununun 61-ci dəqiqəsində “Şəmkir” komandasının 20 nömrəli futbolçusu Tahir Tağıyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb, “Şəmkir” komandası 50 manat cərimə edilib.
“Quba” – “Sheki City” oyununda təşkilati-texniki öhdəliklər pozulduğuna görə “Quba” komandası 100 manat cərimə edilib.





























