“Rəqibimiz heç bir fürsəti qaçırmadı”

“Rəqibimiz heç bir fürsəti qaçırmadı”

Tiflisdə Gürcüstan yığması ilə qarşılaşan və hər iki matçda məğlub olan futzal üzrə Azərbaycan millisinin heyətində gənclər də özlərini göstərməyə çalışıb.

Sports.az xəbər verir ki, bu gün keçirilən matçda (2:5) qol vuran U-19-un keçmiş üzvü Ədalət Ələkbərov federasiyanın rəsmi saytına açıqlama verib:

“İki gün əvvəlki qarşılaşma ilə müqayisədə bir qədər yorğunluq var idi. Bu da görüşün tempinin aşağı olmasına təsirsiz ötüşmədi. Rəqibimiz heç bir fürsəti qaçırmadı. Əllərinə düşən imkanları maksimum realizə etməyi bacardılar. Bizim üçün maraqlı, faydalı yoldaşlıq oyunları oldu. Təcrübə qazanmaq baxımından maraqlı görüşlər keçirdik.

Düzdür, sona yaxın qol vurdum. Bizi məğlubiyyətdən xilas etməsə də, mənim üçün yaddaqalan oldu. Arzum hər zaman millinin formasını geyinmək, uğurla daşımaqdır. Baş məşqçimiz istər birinci, istərsə də ikinci oyunda meydanda çox qalmağıma şərait yaratdı. Rəqibimiz də zəif komanda deyildi. Onlar yanvar-fevral aylarında Avropa çempionatının final mərhələsində iştirak ediblər.

Səhvlərimizdən nəticə çıxarmalı, onları düzəlməyə çalışmalıyıq. Təki belə fərdi səhvləri yoldaşlıq oyunlarında edək. Bizi payızda rəsmi matçlar gözləyir. Ona qədər hər fürsətdən faydalanmalıyıq. Qarşıda daha iki oyunumuz var. Qazaxıstan yığması təkcə Avropada deyil, dünyada güclü komandalardan biridir”.

Son xəbərlər
“Qarabağ”la “Sabah” xal itirdi, “Neftçi” qalib gəldi
“Sabah”la “Zirə”nin heç-heçəsi - VİDEO
“Heç bir komandanın köməyinə ehtiyacımız yoxdur” - Dambrauskas
Qabriel Jezus gələcəyi ilə bağlı qərar verdi
“1 xal üçün çox sevinirik” – Rəşad Sadıqov
“Rəqibimiz heç bir fürsəti qaçırmadı”
“Bayern” “Aston Villa”nın ulduzu ilə maraqlanır
“Şamaxı” “Qarabağ”dan belə xal aldı - VİDEO
Millinin toplanış üçün heyəti açıqlandı
“Kəpəz”in əvəzedicilərindən darmadağın
“Arsenal” “Selta”nın cinah müdafiəçisi ilə maraqlanır
“İlk dəfədir ki, bir klubdan rahat şəkildə ayrılıram” - Ayxan Abbasov
“Çempionluq uğrunda mübarizəmizi sonadək davam etdirəcəyik” - Qurbanov
“Beşiktaş” “Mançester Yunayted”in qapıçısı ilə maraqlanır
Endryu Robertson gələcəyi ilə bağlı qərar verib
“Fərdi olaraq çox səhvlərə yol verdik”
Azərbaycanın yığması Gürcüstana məğlub oldu
“Milan” növəbəti mövsümə hazırlıq planları qurur
Əli Quliyev İsveçdə qələbə qazandı
Yamal “Barselona”nın məşqini yarımçıq tərk etdi
Arteta gələcəyi ilə bağlı sualı cavabladı
Stolüstü tennisçilərimiz Türkiyə Super Liqasında mübarizə aparacaqlar
Rejes karyerasını başa vurdu
Qvardiola “Mançester Siti”nin kapitanının gələcəyi ilə bağlı sualı cavabladı
Endryu Robetson İngiltərədə çıxışını davam etdirə bilər
“Mançester Siti”nin ulduzu İspaniya La Liqasını xəyal edir
“Arsenal” “Nyukasl”ın üç oyunçusunu hədəfə aldı
Zubir “Qarabağ”ı tərk edəcək?
PSJ “Aston Villa”nın ulduzu uğrunda mübarizəyə qoşuldu
AŞF-nin İcraiyyə Komitəsinin iclası keçirilib
DAHA ÇOX

Ən çox oxunanlar