“Heç bir komandanın köməyinə ehtiyacımız yoxdur” - Dambrauskas

“Heç bir komandanın köməyinə ehtiyacımız yoxdur” - Dambrauskas

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının 27-ci turunda “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Sports.az xəbər verir ki, o, 2:2 hesablı heç-heçə barədə bunları söyləyib:

“Bu gün həqiqətən də yaxşı oyun alındı. Azarkeşlər qollu oyuna şahid oldular. İlk dəqiqədən sonuncu dəqiqəyə qədər qalib gəlmək üçün mübarizə apardıq. 90 dəqiqə ərzində öz oyun prinsiplərimizə sadiq qaldıq. Topa daha çox nəzarət edirdik, daha çox pressinq edən, hücuma çıxan komanda biz idik. "Zirə"ni də təbrik edirəm. Yəqin ki, onlar bura 1 xal üçün gəlmişdilər. O xalı da əldə etdilər. Rəqibin yaxşı oyun planı var idi. Öz komandamı da təbrik edirəm. Ardıcıl üçüncü matçda ilk hissəfə hesabda geri düşsək də, özümüzdə cəsarət tapıb oyunu bərabərləşdiririk. Bu gün hər iki hissədə çoxlu qol fürsətlərimiz oldu. İkinci yarıda əlavə 3-4 dəqiqədə olsaydı, fərqlənə bilərdik. Bu gün bizim günümüz deyildi. Artıq bu oyunu unudub yolumuza davam etməliyik. Sabahdan etibarən "Qarabağ"la keçirəcəyimiz iki qarşılaşmaya hazırlaşmalıyıq.

Dominant tərəf biz idik. Sadəcə olaraq öz səhvlərimizə görə qollar buraxdıq. Bu səhvləri dərindən təhlil etməliyik. Rəqib birinci hissədə iki dəfə qapımıza gəldi və iki qol vurdu. Mövsüm ərzində az qol buraxırdıq. Nəyə görə qollar buraxdığımızı təhlil edəcəyik.  Biz daha çox öz oyunumuza köklənirik. Onu da qeyd edim ki, heç bir komandanın köməyinə ehtiyacımız yoxdur. Digər komandaların nəticələrinə baxmırıq.

Son dəqiqələrdə mərkəz müdafiəçilərimiz də hücuma qoşuldu. Futbolda üç nəticə hər zaman olur. Bu gün heç-heçə etdik. Amma pis çıxış etmədik. Daha yaxşı ola bilərik”.

Son xəbərlər
“Neftçi”dən növbəti qələbə - VİDEO
“Nə yazırlarsa, mənimlə əlaqəsi yoxdur” - Vernidub
“Zədələr olmasaydı, tamam başqa futbol oynayacaqdıq”
“DH Volley” finala vəsiqə qazandı
“Qarabağ”la “Sabah” xal itirdi, “Neftçi” qalib gəldi
“Sabah”la “Zirə”nin heç-heçəsi - VİDEO
“Heç bir komandanın köməyinə ehtiyacımız yoxdur” - Dambrauskas
Qabriel Jezus gələcəyi ilə bağlı qərar verdi
“1 xal üçün çox sevinirik” – Rəşad Sadıqov
“Rəqibimiz heç bir fürsəti qaçırmadı”
“Bayern” “Aston Villa”nın ulduzu ilə maraqlanır
“Şamaxı” “Qarabağ”dan belə xal aldı - VİDEO
Millinin toplanış üçün heyəti açıqlandı
“Kəpəz”in əvəzedicilərindən darmadağın
“Arsenal” “Selta”nın cinah müdafiəçisi ilə maraqlanır
“İlk dəfədir ki, bir klubdan rahat şəkildə ayrılıram” - Ayxan Abbasov
“Çempionluq uğrunda mübarizəmizi sonadək davam etdirəcəyik” - Qurbanov
“Beşiktaş” “Mançester Yunayted”in qapıçısı ilə maraqlanır
Endryu Robertson gələcəyi ilə bağlı qərar verib
“Fərdi olaraq çox səhvlərə yol verdik”
Azərbaycanın yığması Gürcüstana məğlub oldu
“Milan” növəbəti mövsümə hazırlıq planları qurur
Əli Quliyev İsveçdə qələbə qazandı
Yamal “Barselona”nın məşqini yarımçıq tərk etdi
Arteta gələcəyi ilə bağlı sualı cavabladı
Stolüstü tennisçilərimiz Türkiyə Super Liqasında mübarizə aparacaqlar
Rejes karyerasını başa vurdu
Qvardiola “Mançester Siti”nin kapitanının gələcəyi ilə bağlı sualı cavabladı
Endryu Robetson İngiltərədə çıxışını davam etdirə bilər
“Mançester Siti”nin ulduzu İspaniya La Liqasını xəyal edir
DAHA ÇOX

Ən çox oxunanlar