“Taktikamız çox gözəl işlədi”

“Taktikamız çox gözəl işlədi”

“İmişli” bu gün Misli Premyer Liqasının 27-ci turunda “Qəbələ”nin qonağı olub.

Sports.az xəbər verir ki, oyundan sonra “İmişli”nin baş məşqçisi Xorxe Kaskilyanın mətbuat konfransı keçirilib. Portuqaliyalı çalışdırıcı 1:0 hesabı ilə qalib gəldikləri oyunu belə şərh edib:

“Oyunçularımı gözəl nəticəyə görə təbrik etmək istəyirəm. Bizi burada dəstəkləyən azarkeşlərimizə təşəkkür edirəm. “Neftçi” ilə oyundan sonra komandada ruh düşkünlüyü var idi. Amma bu komanda xarakter göstərməyi bacardı və son iki oyunda 4 xal yığdıq. “Turan Tovuz”la matç da çətin keçmişdi. Bilirdik ki, “Qəbələ” ilə oyun da ağır olacaq.

Çox çətin oyun idi. Bilirdik ki, “Qəbələ” çox sürətli hücumlara keçir, çətin komandadır. Bizim taktikamız çox gözəl işlədi. Çünki belə oyunlarda taktika vacibdir, qol fürsətləri az olur. Standart vəziyyətləri məşqlərdə gözəlləşdirdiyimizə görə bu oyunda da bunun bəhrəsini gördük.

Bütün oyunçular və komanda heyəti olaraq bu qələbəni prezidentimizə həsr edirik. Bu gün onun ad günüdür”.

Son xəbərlər
Uqarte A Seriyasına üz tuta bilər
Alleqri “Milan”ın “Udineze”yə məğlubiyyətinə aydınlıq gətirdi
“Turan Tovuz” “Sumqayıt”a qalib gəlir - YENİLƏNİR
Spalletti “Yuventus”un “Atalanta” üzərində qələbəsini şərh etdi
“Qəbələ” “İmişli”yə belə uduzdu - VİDEO
“Azarkeşlər “Qəbələ”ni belə görmək istəmirlər” - Sxadadze
“Taktikamız çox gözəl işlədi”
Rabyo “Udineze”yə məğlubiyyətə aydınlıq gətirdi
Slot “Liverpul”un “Fulhem” üzərində qələbəsini şərh etdi
“Sabah”ın əvəzedicilərindən darmadağın
Van Deyk “Fulhem” üzərində qələbəni şərh etdi
Qavi “Espanyol” üzərində qələbəni şərh etdi
Azərbaycan çempionatının qalibləri bəlli oldu
Bundesliqa klubu qadın baş məşqçiyə tapşırıldı
“Sabah” ÇL-dəki sonuncu oyununda qələbə qazandı
Millinin Aktauya gedəcək heyəti açıqlandı
“Bayern” Almaniya çempionatında özünə məxsus rekordu yenilədi
Yamaldan La Liqada yeni rekord
“Avropa çempionatında gümüş medal qazandığımız üçün qürur duyuram”
1-ci Liqada 22-cu turun təyinatları bəlli oldu
2-ci Liqada 22-ci turun təyinatları açıqlandı
“Milan” “Çelsi”nin hücumçusuna göz dikib
Raul Asensio hansı şərtlə satıla bilər?
“Real” Kroosu Madridə qaytarmaq istəyir
“Çelsi” “Ştutqart”ın yarımmüdafiəçisi uğrunda mübarizəyə qoşuldu
Ferran Torres “Barselona”dakı “qol susqunluğu”na son qoydu
Keyn “Sankt Pauli” üzərində qələbədən danışdı
“Sabah”ın Çempionlar Liqasında sonuncu sınağı
Riçarlison etiraf etdi: “PSJ ilə…”
Qoretska “Sankt Pauli” üzərində qələbəni şərh etdi
DAHA ÇOX

Ən çox oxunanlar