AFFA ilə “Roundglass Living” arasında əməkdaşlıq müqaviləsi imzalandı

AFFA ilə “Roundglass Living” arasında əməkdaşlıq müqaviləsi imzalandı

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə “Roundglass Living” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Sports.az xəbər verir ki, razılaşma AFFA-nın baş katibi Cahangir Fərəcullayev və “Roundglass Living”in təsisçisi Sunny Singh (Sanni Sinq) tərəfindən rəsmiləşdirilib.

3 il müddətinə nəzərdə tutulan razılaşmanın əsas məqsədi ölkənin futbol ictimaiyyətində mental sağlamlığın və ümumi rifahın gücləndirilməsidir. Əməkdaşlıq çərçivəsində AFFA-nın və klubların əməkdaşları, hakimlər, məşqçilər, oyunçular və idman jurnalistləri “Roundglass Living” tətbiqinə çıxış əldə edəcəklər.

Platforma istifadəçilərə psixoloji sağlamlıq, zehinlilik, fiziki hazırlıq və emosional dayanıqlığı dəstəkləyən alətlər və məzmun təqdim edir. Şirkətin qurucusu Sunny Singh əməkdaşlığın əhəmiyyətini vurğulayaraq bildirib ki, “Roundglass Living”ın yalnız oyunçular üçün deyil, Azərbaycanda futbol sektorunda fəaliyyət göstərən hər kəs üçün dəstək rolunu oynayır.

Tətbiq çərçivəsində istifadəçilərə nəfəs texnikaları, meditasiya proqramları, yoqa sessiyaları, sağlam qidalanma və sağlam yuxu ilə bağlı tövsiyələr, həmçinin musiqi əsaslı rahatlama məzmunları təqdim olunur. Hazırda kommersiya əsaslı bir xidmət olan bu platformadan istifadə AFFA-nın dəstəyi ilə yerli futbol ictimaiyyəti üçün tamamilə ödənişsiz təmin olunacaq. Hazırda tətbiqdəki məzmunlar ingilis dilində təqdim edilsə də, yaxın gələcəkdə istifadəçilərin rahatlığı üçün platformanın digər dillərə də tərcümə olunması planlaşdırılır.

Qeyd edək ki, “Roundglass Living” hazırda ABŞ Gənclər Futbol Assosiasiyası (USYS), Yunanıstan Futbol Federasiyası (HFF) və 500-dən çox digər təşkilatla əməkdaşlıq edir, futbol dünyasında rifah təşəbbüslərini dəstəkləyir.

Yuxarıda qeyd olunan tərəfdaş qrupların platformada qeydiyyatı və sistemə inteqrasiyası AFFA tərəfindən mərkəzləşdirilmiş qaydada təmin ediləcəkdir.
Media nümayəndələri qeydiyyat üçün [email protected] ünvanı ilə əlaqə saxlaya bilərlər.

Son xəbərlər
PSJ-dən maraqlı qərar
“Neftçi”nin əvəzediciləri darmadağına üzüldü
“Məqsədimiz qələbə qazanmaqdır” - Siyasət Əsgərov
Terri “Arsenal”ı tənqid etdi
Premyer Liqanın 28-ci turu rəqəmlərin gözü ilə
Liqa yarışının 2-ci turunda 691 cüdoçu mübarizə aparacaq
“Sabah”ın basketbolçusu ÇL-in rəmzi komandasına seçildi
AFFA ilə “Roundglass Living” arasında əməkdaşlıq müqaviləsi imzalandı
UEFA-nın B kateqoriyalı məşqçi kursunun 3-cü mərhələsi başlayıb
“Sabah”dan 350-ci qol
Mikelsdən 70-ci qol
Premyer Liqada yeni rekord
“Kəpəz”in 350-ci səfəri
Son 16 mövsümdə ilk: 2-ci het-trik
Azərbaycan yığması Zaqatalada hazırlığa başlayıb
Bakıda keçiriləcək Dünya Kubokunda 40-dan çox ölkə iştirak edəcək
“Baku Open” turnirinin qalibləri müəyyənləşdi
Millimiz Qazaxıstan yığması ilə üz-üzə
Azərbaycan gimnastlarından Bratislavada bürünc medal
“Turan” “Gəncə”yə qarşı
Zamiq sarı vərəqə aldı, komandası uduzdu
Günün oyunları – TV
Pley-off mərhələsi bu gün start götürür
Renatın komandası evdə xal itirdi
“Atletik” “Vilyarreal”a məğlub oldu
“Lill” 3 xalı 4 cavabsız qolla qazandı
“İnter”dən çətin qələbə
“Ştutqart”dan darmadağın
“Qalatasaray” xal itirdi
“Brayton” Noyerlə maraqlanır
DAHA ÇOX

Ən çox oxunanlar