“Qarabağ” Belçikaya yollandı - FOTO

Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində “Gent”in qonağı olacaq “Qarabağ” bu gün Belçikaya yollanıb.

Sports.az xəbər verir ki, fevralın 22-də saat 18:30-da (Bakı vaxtı ilə 21:30) komandanın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq.

19:00-da isə (Bakı vaxtı ilə 22:00) matçın keçiriləcəyi “KAA Gent” stadionunda komandanın media üçün açıq məşqi reallaşacaq.

“Gent” – “Qarabağ” oyunu fevralın 23-dən 24-nə keçən gecə Bakı vaxtı ilə 00:00-da başlayacaq. Bu komandalar arasında Bakıda baş tutan ilk matçda Ağdam təmsilçisi qələbə qazanıb – 1:0.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar