Bir erməni olur, bir rus, bir azərbaycanlı...

Bir erməni olur, bir rus, bir azərbaycanlı...

Yumor, məsxərə, sarkazm elə güclü bir silahdır ki, heç ciddi arqumental tənqidlər saxtakarlığın və qeyri-peşəkarlığın ifşası üçün bu qədər effekt vermir.

Bizdə bu, Molla Nəsrəddinçilikdən gələn bir şeydir.

Belə şeylərə görə Mirzə Cəlili milləti ələ salmaqda, alçaltmaqda, təhqir etməkdə ittiham edənlər az deyil.

Mən də özümü XXI əsrin Mirzə Cəlili hesab edirəm, bunu dəfələrlə demişəm.

Niyə də olmayım?

Gül kimi qələmim var, Binə bazarından almışam.

Bilirəm ki, Mirzə Cəlildən sonra öz adımı çəkməyim, özümü XXI əsrin Mirzə Cəlili hesab etməyim və özüm haqda belə yüksək fikirdə olmağımla oxucularıma pas ötürürəm.

Onlar məni rahatlıqla ələ sala bilərlər.

Ancaq qələmi Binə bazarından almağım oxucularımın arzusunu gözündə qoyur.

Yumordan ibarət müdafiə sərhədlərim sayəsində onlar ötürdüyüm pası qola çevirə bilmirlər.

Təəssüf ki, Azərbaycan siyasətində, ədəbiyyatında, idmanın əksər sahələrində oyunçularımızın işi-gücü Tərlan Əhmədov kimi öz qapılarına qol vurmaqdır və bununla da onlar mənim, eləcə də tamaşaçının gözündə məsxərə mövzusuna çevrilirlər. 

İnsanı yumor hədəfinə, məxsərə mövzusuna çevirən nədir?

Saxtakarlıq və qeyri-peşəkarlıq, nadanlıq!

Saxtakar və qeyri-peşəkar, nadan deyilsənsə, özün özünü gülüş hədəfi etmirsənsə, bütün dünya yığıla, səni məxsərəyə qoya bilməz. 

Aşıq Namiqlə məzələndiyimiz kimi, aşıq Ədalətlə məzələnmək olmur.

Çünki Ədaləti Allah qoruyur, aşıq Namiqi isə Allah vurub.

İndi bəlkə də, bir ateist mənim bu yazımı oxuyur, Allahı qoruyucu qüvvə kimi təqdim etməyimə və adını böyük hərflə yazmağıma ağız büzür.

Cümləni bu dəfə belə yazıram ki, ateistin də könlü xoş olsun:

Aşıq Ədaləti Təbiət qoruyur, Kosmos qoruyur.

Yadıma gəlir, Türkiyə və Azərbaycan futbol oynayırdı.

Şərhçimiz təbii ki, Azərbaycanın udmağını istəyirdi və oyun boyu bunu açıq şəkildə ifadə edirdi.

Ancaq Türkiyə qalib gəldi və şərhçi başladı ki, bu oyun iki qardaşın görüşü idi, burada kimin udub, kimin uduzmağının fərqi yoxdur, nə bilim nə...

Şərhçinin məntiqi təxminən belə idi:

Azərbaycan udsaydı, bu bizim tarixi qələbəmiz olacaqdı, amma Türkiyə uddu deyə iki qardaşın görüşü oldu.

O şərhçi qeyri-peşəkarlığın içinə girdi deyə özünü yumor, sarkazm, məsxərə hədəfinə çevirdi.

Niyə səmimi ola bilmirsən, sənə nə mane olur?

İçində təbii bir səmimiyyət yoxdursa, heç olmasa hiyləgərliyindən səmimi ol.

Qalibiyyət, uğur ən birinci fikirdə olur.

Sən fikirdə qalib deyilsənsə, heç bir şeydə uğur qazana bilməzsən.

Məsələn, dünya idman yarışlarında azərbaycanlılar neçənci yerdə olur olsun, əsas odur ki, ermənilərdən qabaqda olsun düşüncəsi və fikri hər iki xalqı bədbəxt eləyib.

Azərbaycanlı idmançımız ermənini darmadağın elədi, azərbaycanlı güləşçi bayrağımızı erməni idmançının başı üzərində dalğalandırdı kimi düşüncə təkcə maariflənməmiş toplumun deyil.

Elə hakimiyyətimizin də, ağır oturub batman gələn kişilərimizin də düşüncəsi bundan ibarətdir.

Bu düşüncə, bu fikir, bu təfəkkür isə uzaq başı ermənilərə qalib gələ bilər, dünyada isə məğlubdur.

Eynilə ermənilər də biz ağıldadır.

Onlar da bizim kimi düşüncədə məğlubdur.

Bir erməni olur, bir rus, bir azərbaycanlı lətifələri əslində, bizim taleyimizdir, o lətifələr bizim alın yazımızdır.

O lətifələr əslində, ağlamaq üçündür.

Son xəbərlər
“9 oyuna 2 qələbə “Neftçi” üçün azdır” - Samir Abasov
“Qarabağ” “Şamaxı”ya qarşı - YENİLƏNİR
Azərbaycan sablyaçısı Bolqarıstanda bürünc medal qazanıb
Şəkidə UEFA-nın D kateqoriyalı məşqçi kursu başa çatıb
MY “Sportinq”inin yarımmüdafiəçisi ilə maraqlanır
“Şəkidə asanlıqla məğlub olmuruq” - Meriç
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri bəlli oldu
“Komanda hələ tam formalaşmayıb” - Baxşıyev
Asllani “Hoffenhaym”dan ayırla bilər
Yeniyetmə sablyaçılardan Gürcüstanda 4 medal
“Leypsiq” Verneri az qala havayı buraxmağa hazırdır
Turun son oyununda “Şəki” sevindi
"Kəpəz"də "Gəncənin futbol əfsanələri" şurası yaradılıb
Azərbaycan karateçiləri Gürcüstanda 2 medal qazanıblar
AFFA-da “Futbolda Uşaqların Hüquqlarının Qorunması” mövzusunda seminar
Krivotsyukun komandasından inamlı qələbə
Lənkəran “Xəzər”i və millimizin veteranları yubiley matçında qarşılaşıblar
Azərbaycan boksçularından Avropa çempionatında 8 medal
PSJ yarımmüdafiəçisi ilə müqaviləsini yeniləməyə qərar verdi
Azərbaycan idmançısı Çində 6-cı oldu
Kenan Yıldız hansı kluba qismət olacaq?
Abdullazadənin komandası evdə uduzdu
Albaniyada Azərbaycan derbisi qolsuz bitdi
“Araz-Naxçıvan”ın futbolçusu əməliyyat olundu
Millimizin üzvü oynadı, komandası darmadağına sevindi
4-cü tura yekun vurulur
Günün oyunları – TV
PSJ qapıçısına əvəedici axtarır
“Barselona” Fati ilə bağlı qərar qəbul etdi
Xabi Alonso Kilian Mbappeyə olan tələbini açıqladı
DAHA ÇOX

Ən çox oxunanlar