Azərbaycan idmanına Özbəkistan və Gürcüstan nümunəsi

Azərbaycan idmanına Özbəkistan və Gürcüstan nümunəsi

Xalqın, vergi ödəyicilərinin, sadə vətəndaşın, kasıbın, yetimin ailəsinin-uşağının boğazından kəsib legionerlərə yedizdirməklə bundan uzağa getməyəcəksən!

*

Paris-2024 Yay Olimpiya Oyunlarının son günüdü. Artıq yekun fikirlər bildirmək olar.

Bu olimpiadada möhtəşəm uğur qazana bilərdik. Çünki, Rusiya kimi dünya idmanının nəhənglərindən biri yarışda iştirak etmirdi. 

Təbii ki, gözləntilərimiz daha çox idi. Çünki, Azərbaycanın idman ölkəsi olması haqda illərdi təbliğat aparılır. 

Bu turnir gerçəkliyi ortaya qoydu. Azərbaycan idmanının gücü 1 qızıl və 1 bürüncə çatdı. Legionerlərin qazandığı medallardansa bədii gimnastika millimizin tutduğu 5-ci yer daha dəyərlidi.

İdmançı həyatı ağırdı, uğur qazanan legionerlər də ən yaxşı sözlərə layiqdi və onların heç bir günahı yoxdu, haqqlarına girmək istəmirəm.

Məsələ başqadı. İllərdir dövlət büdcəsindən idmanın inkişafı üçün milyardlarla pul ayrılsa da, effekt vermir. Səbəb də bu pulların uşaq idmanı əvəzinə legionerlərə sərf edilməsidi. 

Bizə legionerlər lazım ola bilər. Deyək ki, məşqçilər, digər sahələrin mütəxəssisləri və s. Amma bir idmançını pulunu alıb gəlib təmsil etməsindən başqa ölkənə heç nə bağlamırsa, 100 medal qazansaq da, bu, inkişaf deyil, gözdən pərdə asmaqdı...

Müqayisə üçün Özbəkistan Parisdə 8-i qızıl olmaqla 13 medala yiyələnib. Bu medallardan yalnız 1-i legionerin payına düşür. Bəlkə də o, Özbəkistanın Parisdə təmsil olunan 70 nəfərə yaxın heyətində tək legionerdi. 

Çünki, bu ölkə fərqli strategiya qurub. Özbəklərin məqsədi legionerlərin hesabına süni şəkildə iştirakçı və medal sayını artırmaq yox, uşaq idmanlarını inkişaf etdirməkdi. Nəticə göz qabağındadı. Medallardan əlavə, Özbəkistan futbol millisi də Yay Olimpiya Oyunlarının final raunduna qatıldı. 

Özbəkistanda idmanın inkişafı üçün ayrılan vəsaitin bizimlə müqayisədə qat-qat aşağı olduğuna şübhə etmirəm. 

Amma bu pulu daha ağılla, ən əsası, daha vicdanla xərcləyiblər, xərcləyirlər. 

Neçə özbək idmançı bu yarışda ikinci dəfə Olimpiya çempionu oldu. Bizdə isə kim 1 dəfə bu uğuru qazanır, varlanıb, vəzifəyə keçib karyerasını bitirir. Bu da başqa bir mövzudu...

*

Biz daha çox futbolu tənqid etməyə öyrənmişik, ümumən idmanının durumunun ürəkaçan olmadığını qabardan yoxdu. Amma necə deyərlər, uşaq idmanını göstər deyim ölkəndə idman nə vəziyyətdədi.

Bu da yekun. Özbəkistanı dedim. Qonşu Gürcüstan Parisdə 3-ü qızıl olmaqla 7 medal qazanıb. Hamısı da yerli idmançılar, gürcülər. Gürcüstanda bu nəticə necə qəbul edilir, bilmirəm. Məncə, kiçik uğur deyil. Gürcülərin də ən azı uşaq futbolunun inkişafı üçün nələr etdiyini eşitmişik. 

Uzun sözün qısası, Azərbaycan idmanında strategiya, təfəkkür dəyişməsə, heç vaxt ciddi uğur olmayacaq...

P.S. Hidayət Heydərovu, Həsrət Cəfərovu, heyətində legioner olmayan bədii gimnastika millimizi, bu idmançıların üzərində əməyi keçən hər kəsi bir daha səmimi qəlbdən təbrik edirəm!

Son xəbərlər
Yeniyetmə sablyaçılardan Gürcüstanda 4 medal
“Leypsiq” Verneri az qala havayı buraxmağa hazırdır
Turun son oyununda “Şəki” sevindi
“Qəbələ” “Neftçi”yə qarşı - YENİLƏNİR
"Kəpəz"də "Gəncənin futbol əfsanələri" şurası yaradılıb
Azərbaycan karateçiləri Gürcüstanda 2 medal qazanıblar
AFFA-da “Futbolda Uşaqların Hüquqlarının Qorunması” mövzusunda seminar
Krivotsyukun komandasından inamlı qələbə
Lənkəran “Xəzər”i və millimizin veteranları yubiley matçında qarşılaşıblar
Azərbaycan boksçularından Avropa çempionatında 8 medal
PSJ yarımmüdafiəçisi ilə müqaviləsini yeniləməyə qərar verdi
Azərbaycan idmançısı Çində 6-cı oldu
Kenan Yıldız hansı kluba qismət olacaq?
Abdullazadənin komandası evdə uduzdu
Albaniyada Azərbaycan derbisi qolsuz bitdi
“Araz-Naxçıvan”ın futbolçusu əməliyyat olundu
Millimizin üzvü oynadı, komandası darmadağına sevindi
4-cü tura yekun vurulur
Günün oyunları – TV
PSJ qapıçısına əvəedici axtarır
“Barselona” Fati ilə bağlı qərar qəbul etdi
Xabi Alonso Kilian Mbappeyə olan tələbini açıqladı
“Zair-Emeri mənə bir futbolçu olaraq xoş gəlir”
Kivu “İnter”in yeni oyunçularının uyğunlaşmasından söz açdı
“Çelsi” Andrey Santosla bağlı qərar qəbul etdi
“Qəbələ” “Neftçi”yə, “Qarabağ” “Şamaxı”ya qarşı
“Liverpul” da uduzdu, “Çelsi” də
“Atletik” “Xetafe”yə məğlub oldu
PSJ-dən növbəti darmadağın
“İnter” Neapoldan xalsız qayıtdı
DAHA ÇOX

Ən çox oxunanlar