Paris-2024 - uğur, yoxsa fiasko?

Paris-2024 - uğur, yoxsa fiasko?

Paris-2024 Yay Olimpiya Oyunları başa çatdı. 

Azərbaycan komanda hesabında tarixinin ən yaxşı nəticəsini göstərdi - medal sıralamasında 30-cu yeri tutdu. 

Bununla belə, Rusiya və Belarusun Parisdə yoxluğunu nəzərə alsaq, gözləntimiz daha çox idi. 

Medallarımızdan üçünü güləşçilər, ikisini cüdoçular, hərəyə birini isə taekvondoçu və boksçu qazandı. 

Həmişəki kimi güləşçilərdən gözlənti daha çox idi. Xüsusən dünya reytinqinin lideri Həsrət Cəfərovdan. Həsrətin qızıl medal almamasını həm şanssızlıq, həm də Güləş Federasiyasının bir qədər uğursuz işi ilə əlaqəndirmək olar. 

Həmçinin, əsas medal ümidlərimizdən Sənan Süleymanovun belə həlledici məqamda zədələnməsi əsl bəxtsizlik idi. 

Bədii Gimnastika millimizin tarixi nəticəsini xüsusi vurğulamaq lazımdı. Qızlarımız əla performans sərgiləyib 5-ci yer tutdu. Gimnastikamız bu templə inkişaf etsə, növbəti olimpiadada medalların olacağı şübhəsizdi.

Boks və taekvondo hərəyə bir gümüş medal gətirsə də, etiraf etmək lazımdı ki, ümumilikdə idmanımızda olduğu kimi bu növlərdə də illərdir tənəzzül yaşanır. 

Məncə, bu məsələdə bütün günahı gənclər və idman naziri Fərid Qayıbovun üstünə yıxmaq da düz deyil. 

Olimpiya çempionları yetişdirmək üçün illər lazımdı. Qayıbov isə o qədər də uzun müddət deyil indiki postuna gəlib. Cənab nazirin bu müddətdə görə biləcəyi ən doğru iş can verən uşaq idmanını xilas etmək olardı. 

Onun dövründə bu yöndə hansı işlər görülüb? Hər halda Qayıbov təyinatından dərhal sonra ölkənin bütün rayonlarına səfərlər etdi, idman infrastrukturu və başqa maraqlandıran məsələlərlə yerində tanış oldu. Bundan sonra bölgələrdə uşaq idmanında hansısa müsbət dəyişiklik varmı? Əsas sual budu!

Parisdəki nəticəyə görə isə məncə, günah sahibi indiki nazir deyil. Çünki, dediyim kimi zaman məsələsi var. 

Ümumən, Paris-2024-ün Azərbaycan üçün fiasko ilə bitdiyini demək olmaz. Ən azı 7 medalımız var və onlardan ikisi qızıldı. Hər iki çempionluğu cüdoçular qazanıb. 

Amma güləşçilərimiz kimi cüdoçulardan da gözlənti daha çox idi. Xüsusən Elcan Hacıyevdən. Təəssüf ki, Elcan da ağır zədə aldı və yarışda iştirakını davam edə bilmədi. 

İkisi qızıl olmaqla 7 medal bugünkü Azərbaycan reallığında pis nəticə deyil. Son illər Olimpiya çəkilərində demək olar ki, dünya çempionlarımız yox idi.  

Düzdü, 24 il əvvəl Sidney olimpiadasında da 2 qızıl medal götürmüşdük. Həmin turnirdə Namiq Abdullayev və Zemfira Meftahəddinova qızıl, Vüqar Ələkbərov bürünc medala sahib olmuşdu. Narahatedici məqam Parisdəki 7 medaldan beşinin legionerlərin qazanmasıdı. 

Çünki, Azərbaycan dövləti aradan keçən 24 ildə idmanın inkişafı üçün çox böyük yatırım edib. Bunun qarşılığında göstərilən nəticəni sözsüz ki, qənaətbəxş saymaq olmaz. Xüsusən, Rusiya və Belarusun bu olimpiadada iştirak etmədiyini xatırlasaq...

İndi səhvlərdən nəticə çıxarılması, düzgün idman siyasətinin, strategiyasının qurulması, legioner idmançıların kütləvi şəkildə milliləşdirilməsinin qarşısının alınması, bir sözlə, Los Anceles 2028-ə hazırlıqların bu gündən başlanması ən doğru addım olar. 

Bu gün 13-14 yaşı olan istedadlı idmançılara lazımi qayğının göstərilməsi artıq növbəti olimpiadada onların ölkəmizə medallar qazandırması ilə nəticələnə bilər. 

Ümid edək ki, bundan sonra doğru yol seçiləcək və bu yol Azərbaycan idmanını daha böyük zəfərlərə aparacaq!

Son xəbərlər
“Samsunspor” “Rayo Valyekano”ya ilk oyunda uduzdu
“Aston Villa”dan qələbə, Almaniya klublarından məğlubiyyət
Qazaxda ilk çempionlar müəyyənləşdi
Günay Qurbanova yenidən Avropa çempionu oldu
Azərbaycan çempionatında daha 7 çəkidə finalçılar bəlli oldu
Çempionlar Liqasında həftənin ən yaxşısı məlum oldu
Ruzanna Avropa çempionatının finalında
Arbeloa “Mançester Siti”ni keçə bilməsə…
“Karvan-Yevlax”ın 3 legioneri milli komandalara çağırıldı
“Səbail” “Mingəçevir”i məğlub etdi
Hücumçusu “Mançester Siti” ilə yeni müqaviləyə təkid edir
“Ordu” “Sumqayıt”ı, “Naxçıvan” “Sərhdəçi”ni məğlub etdi
Xüsusi Olimpiya Komitəsi və ACF arasında əməkdaşlıq memorandumu imzalandı
“Yuventus” “Tottenhem”in müdafiəçi ilə maraqlanır
“Neftçi” və “Araz-Naxçıvan”dan qələbə
“Abşeron”la “Turan”dan qələbə
“Mançester Siti”nin kapitanı “Yuventus”a qoşula bilər
“Şəfa”da yeni təyinat
Yığmamız Belçikaya böyük hesabla məğlub oldu
Florentino Peres “Mançester Siti”nin ulduzunu Real”da görmək istəyir
Voleybol üzrə Yüksək Liqada pley-off oyunlarının vaxtı müəyyənləşib
“Zirə” – “Qarabağ” matçının hakim təyinatları açıqlandı
“İnter” hücumçusunu satmağa məcbur ola bilər
19 cüdoçumuz üçün Varşava sınağı
Stolüstü tennisçilər Berlin turnirində medal qazandı
“Real”ın qapıçısı A Seriyasına yollana bilər
Azərbaycan boksçuları Budvadan medalla başa qayıdır
Formula 1: Azərbaycan qran-prisi üçün marşal qeydiyyatı başladı
“Yuventus” “Tottenhem”in qapıçısından imtina edə bilər
“Arsenal” “Real”ın müdafiəçisinə göz dikdi
DAHA ÇOX

Ən çox oxunanlar