Cənnətin futbol kralı

Ən son Qullit təxminən belə demişdi ki, hər dövrün öz futbol kralı olub.

Lionel Messi və Kriştiano Ronaldo bu günün krallarıdı.

Pele isə ilk, ən böyük və bütün dövrlərin kralı idi.

Pele ataların ən sevimli futbolçusu idi...

Həyatın qanunu belədi, təəssüf ki...

Pele təkcə futbolu ilə cənnəti qazandı.

Pele yeganə futbol üzrə üçqat dünya çempionu və mənə görə istər peşəkar nailiyyətlərə, istərsə də şəxsi, insani keyfiyyətlərə görə tarixin ən yaxşı idmançısı idi.

Allah cənnəti haqq etməyən adama bu fövqəlistedadı verməz, Allah cənnətə layiq olmayan hər insanı hansısa bir sahədə dünyanın ən yaxşısı etməz. 

Rahat uyu, cənnətlik futbol kralı! 

Ruhun hər zaman şad, məzarın işıqlı olsun!

Atalarımıza, babalarımıza, dövrün futbolsevərlərinə bəxş etdiyin mənəvi-estetik zövqə, mindən çox qolun, saysız qələbələrin, çempionluqların, kubokların sevincinə görə, təşəkkürlər!

Allah rəhmət eləsin!

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar