DÇ-2022: Polşa və Mərakeş yığmalarının yekun heyəti açıqlandı

DÇ-2022: Polşa və Mərakeş yığmalarının yekun heyəti açıqlandı

Futbol üzrə Polşa və Mərakeş yığmalarının bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün yekun heyətləri bəlli olub.

Sports.az Polşa Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Çeslav Mixneviç 26 oyunçuya dəvət göndərib.

Qapıçılar: Voytsex Şesnı ("Yuventus", İtaliya), Lukaş Skorupski ("Bolonya", İtaliya), Bartlomey Dronqovski ("Spetsiya", İtaliya);

Müdafiəçilər: Kamil Qlik ("Benevento", İtaliya), Bartoş Bereşinski ("Sampdoriya", İtaliya), Yan Bednarek, Metti Keş (hər ikisi "Aston Villa", İngiltərə), Robert Qumni ("Auqsburq", Almaniya), Artur Yendjeyçik ("Legiya"), Yakub Kivyor ("Spetsiya", İtaliya), Mateuş Veteska ("Klermon", Fransa), Nikola Zalevski ("Roma", İtaliya);

Yarımmüdafiəçilər: Qjeqoj Krıxovyak ("Əl-Şabab", Səudiyyə Ərəbistanı), Kristian Belik ("Birmingem", İngiltərə), Damian Şimanski (AEK, Yunanıstan), Pyotr Zelinski ("Napoli", İtaliya), Sebastian Şimanski ("Feyenoord", Niderland), Şimon Jurkovski ("Fiorentina", İtaliya), Yakub Kaminski ("Volfsburq", Almaniya), Pşemıslav Frankovski ("Lans", Fransa), Kamil Qrositski ("Poqon"), Mixal Skuras ("Lex");

Hücumçular: Robert Levandovski ("Barselona", İspaniya), Arkadiuş Milik ("Yuventus", İtaliya), Kşiştof Pyontek ("Salernitana", İtaliya), Karol Sviderski ("Şarlott", ABŞ).

Polşa millisi noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək mundialda Meksika, Səudiyyə Ərəbistanı və Argentina ilə birlikdə C qrupunda mübarizə aparacaq.

Mərakeş yığmasının 26 oyunçudan ibarət heyətində isə bu futbolçular yer alıb:

Qapıçılar: Əhməd Tanyauti ("Vidad"), Yassin Bono ("Sevilya", İspaniya), Munir Əl-Kajui ("Əl-Vəhdə", Birləşmiş Ərəb Əmirlikləri);

Müdafiəçilər: Əşrəf Hakimi (PSJ, fransa), Nussayr Mazraui ("Bavariya", Almaniya), Naif Ager ("Vest Hem", İngiltərə), Romen Saiss ("Beşiktaş", Türkiyə), Əşrəf Dari ("Brest", Fransa), Cavad Əl-Yamik ("Valyadolid", İspaniya), Yəhya Attiyat-Allah ("Vidad"), Bədr Banun ("Qətər", Qətər);

Yarımmüdafiəçilər: Sofyan Amrabat ("Fiorentina", İtaliya), Abdülhamid Sabiri ("Sampdoriya", İtaliya), Səlim Amalla ("Standard", Belçika), Azzedin Unay, Sofyan Bufal (hər ikisi "Anje", Fransa), Bilal Əl-Hannus ("Genk", Belçika), Yəhya Jabrane ("Vidad"), Hakim Ziyeş ("Çelsi", İngiltərə), Amin Arit ("Marsel", Fransa);

Hücumçular: Abde Ezzalzuli ("Osasuna", İspaniya), Zakaria Abuxlal ("Tuluza", Fransa), İlyas Şair (QPR, Uels), Yussef En-Nesiri ("Sevilya", ispaniya), Valid Çeddira ("Bari", İtaliya), Abderrazak Həmdullah ("Əl-İttihad", Səudiyyə Ərəbistanı).

Mərakeş yığması DÇ-2022-də Xorvatiya, Belçika və Kanada ilə birlikdə F qrupunda mübarizə aparacaq.

Son xəbərlər
“Yuventus”un hücumçusunun xidməti Rusiya klubuna təklif edildi
“Qarabağ” dünya reytinqində irəlilədi
Bütün zamanların ən yaxşı futbolçusu mükafatına layiq görüldü
Daha bir boksçumuz DÇ-də yarımfinala vəsiqə qazandı
“Arsenal” iki hücumçusunu sata bilər
“Real” iki ulduz müdafiəçini ödənişsiz əldə edə bilər
“Genqam”ın müdafiəçisi “Rubin”ə keçə bilər
“Mançester Siti” hücumçusunu uzun müddətə itirə bilər
Menyan “Çelsi”yə niyə keçə bilmədi?
“Qəbələ”dən növbəti transfer
Premyer Liqa klubu 40 yaşlı qapıçısını geri qaytardı
Dünya çempionu olan qapıçı 40 yaşında karyerasını bitirdi
“Real”ın klub televiziyası İspaniyadakı hakimləri yenə tənqid etdi
Dieqo Simeone müasir futbolun ən yaxşı futbolçusunu açıqladı
Qvardiola həyəcan içindədir
Vardi “Kremoneze”yə keçidini şərh etdi
Usik xeyriyyə məqsədli futbol oyununda iştirak etmək niyyətindədir
“Əl-Hilal” ÇSKA-nın təklifini rədd etdi
İsak “Liverpul”la məşqə qatıldı
“Spartak” avqust ayının ən yaxşı oyunçusunu açıqladı
Raul Madridə “Real”ın baş məşqçisi kimi qayıdacağına söz verdi
“Ronaldo Messi ilə bir səviyyədə ola bilməz” - Kapello
Alfonso Dominqes DÇ-nin yarımfinalında
“Neftçi” Şeydayevlə vidalaşdı
Millimiz Gürcüstan yığmasına qalib gəldi
Marmuş Mançester derbisini buraxacaq
Rüfət Əhmədov “Qəbələ”də
ACF-dən Bakıda ne-vaza üzrə seminar
“Beşiktaş”dan yeni transfer
Millimiz Vyetnama qalib gəldi
DAHA ÇOX

Ən çox oxunanlar