Uels millisində yeni rekordçu

ABŞ-ın "Los-Anceles" klubunda çıxış edən Qaret Beyl Uels millisinin tarixinə düşüb.

Sports.az xəbər verir ki, 33 yaşlı hücumçu buna Qətərdə təşkil olunan dünya çempionatında İrana qarşı oyunda meydana çıxmaqla nail olub.

Beyl yığmada 110-cu matçında iştirak edir. O, komanda yoldaşı Kris Qanteri (109) geridə qoyub.

Xatırladaq ki, Kris Qanter DÇ-2022 üçün yığmaya çağırılsa da, hələlik meydana çıxmayıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar