“Məğlubiyyəti qəbul etmək çətindir” - Deşam

“Məğlubiyyəti qəbul etmək çətindir” - Deşam

Futbol üzrə Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2022-nin finalında Argentinaya qarşı keçirdikləri oyunu şərh edib.

Sports.az xəbər verir ki, o, penaltilər seriyasında 2:4 hesabı ilə uduzduqları oyundan (3:3) sonra bunları söyləyib:

“Məyusluq çox böyükdür. Turnirdən əvvəl və turnir ərzində asan deyildi. Lakin bu, bəhanə deyil. Bu dünya çempionatı heyət və oyunçular üçün əsl xoşbəxtlik idi. 

İlk 60 dəqiqə ərzində heç nəyi düzgün etmədik. Keyfiyyət və cəsarətlə hər şeyi bərabərləşdirdik. Əlimizdən gəldiyi qədər çalışdıq. Penaltilərə qədər oyunu apardıq. Çox böyük çətinlikləri aşdıq. Son 4 gündə bir çox problemimiz oldu. Xəstəliklər bizə çox təsir etdi. Məğlubiyyəti qəbul etmək çətindir. Daha əvvəl dünya çempionu olmuşduq, amma bu uğuru təkrarlamaq asan deyildi. Yekunda kuboku qazana bilmədik”.

Fransalı mütəxəssis millidəki gələcəyi haqda da danışıb: “2023-cü ilin əvvəlində Fransa Futbol Federasiyasının prezidenti ilə görüşüm olacaq. Onunla bu məsələni müzakirə edəcəyik. Qalib gəlsək də, eyni şeyi deyərdim. Bu məsələ vaxt tələb edir”.

Son xəbərlər
“Barselona”da yeni müqavilə
AÇ: Azərbaycanın daha dörd boksçusu qalib gəldi
“Naxçıvan” “Sərhədçi” üzərində qələbə qazandı
“Leypsiq”in hücumçusu Avropanın 8 nəhənginin diqqət mərkəzində
Fransa klubu baş məşqçisi ilə yollarını ayırdı
“Elçe”nin müdafiəçisinə yeni müştərilər var
Vüqar Həşimov Memorialının qalibi müəyyənləşdi
Kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək
Salah MLS-ə üz tuta bilər
Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bəlli oldu
Tyaqo Silva “Milan”a qayıda bilər
“Ordu” “Neftçi”yə qalib gəldi
“Araz-Naxçıvan” liderə qalib gəldi
“Frayburq”un qapıçısı A Seriyasına keçə bilər
AFFA Lənkəran təmsilçisinin şikayətini təmin etmədi
Millimiz FIFA reytinqində ili 74-cü pillədə başa vurdu
Serxio Ramos İngiltərə Premyer Liqasında peyda ola bilər
“Səbail”dən darmadağın
Əvəzedicilərin yarışında 14-cü turun təyinatları açıqlandı
Nəhənglər “Lill”in yarımmüdafiəçisini satın almaq istəyirlər
Turun ilk oyununda “Quba” sevindi
Təxirə salınan oyun 2026-cı ildə keçiriləcək
Hücumçusu “Milan”dan ayrılmaq fikrində deyil
"Turan Tovuz" - "Sabah" oyununun biletləri satışda!
Millimiz Xorvatiya, Çexiya və Gürcüstan yığması ilə qarşılaşacaq
“Liverpul” “Qalatasaray”ın müdafiəçisi ilə maraqlanır
“Ayaks” Bakıdakı oyunda ilkə imza atıb
“Qarabağ” – “Araz-Naxçıvan” maçtının hakimləri müəyyənləşdi
Millimiz DÇ-2028-ə əsas mərhələdən başlayacaq
DAHA ÇOX

Ən çox oxunanlar