DÇ-2022-nin rəmzi komandası açıqlandı

DÇ-2022-nin rəmzi komandası açıqlandı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Qətərdə keçirilən dünya çempionatının simvolik “11-liy”ini açıqlayıb.

Sports.az xəbər verir ki, rəmzi komandada 4 yığmanın futbolçuları yer alıb.

Finalçılar Argentina və Fransa, həmçinin, yarımfinala qədər irəliləyən Mərakeş millisi 3, bürünc mükafata layiq görülən Xorvatiya seçməsi isə 2 oyunçu ilə təmsil olunub.

Xatırladaq ki, ötən gecə baş tutan Argentina - Fransa oyununun əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda tərəflər hərəyə daha bir dəfə fərqləniblər. Hesab 3:3 olduğundan penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan (4:2) argentinalılar 3-cü dəfə dünya çempionu olublar.

Qapıçı: Emiliano Martines (Argentina);

Müdafiəçilər: Əşrəf Hakimi, Romen Saiss (hər ikisi Mərakeş), Yoşko Qvardiol (Xorvatiya), Teo Hernandes (Fransa);

Yarımmüdafiəçilər: Sofyan Amrabat (Mərakeş), Luka Modriç (Xorvatiya), Antuan Qrizmann (Fransa);

Hücumçular: Lionel Messi, Xulian Alvares (hər ikisi Argentina), Kilian Mbappe (Fransa).

Son xəbərlər
“Barselona”da yeni müqavilə
AÇ: Azərbaycanın daha dörd boksçusu qalib gəldi
“Naxçıvan” “Sərhədçi” üzərində qələbə qazandı
“Leypsiq”in hücumçusu Avropanın 8 nəhənginin diqqət mərkəzində
Fransa klubu baş məşqçisi ilə yollarını ayırdı
“Elçe”nin müdafiəçisinə yeni müştərilər var
Vüqar Həşimov Memorialının qalibi müəyyənləşdi
Kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək
Salah MLS-ə üz tuta bilər
Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bəlli oldu
Tyaqo Silva “Milan”a qayıda bilər
“Ordu” “Neftçi”yə qalib gəldi
“Araz-Naxçıvan” liderə qalib gəldi
“Frayburq”un qapıçısı A Seriyasına keçə bilər
AFFA Lənkəran təmsilçisinin şikayətini təmin etmədi
Millimiz FIFA reytinqində ili 74-cü pillədə başa vurdu
Serxio Ramos İngiltərə Premyer Liqasında peyda ola bilər
“Səbail”dən darmadağın
Əvəzedicilərin yarışında 14-cü turun təyinatları açıqlandı
Nəhənglər “Lill”in yarımmüdafiəçisini satın almaq istəyirlər
Turun ilk oyununda “Quba” sevindi
Təxirə salınan oyun 2026-cı ildə keçiriləcək
Hücumçusu “Milan”dan ayrılmaq fikrində deyil
"Turan Tovuz" - "Sabah" oyununun biletləri satışda!
Millimiz Xorvatiya, Çexiya və Gürcüstan yığması ilə qarşılaşacaq
“Liverpul” “Qalatasaray”ın müdafiəçisi ilə maraqlanır
“Ayaks” Bakıdakı oyunda ilkə imza atıb
“Qarabağ” – “Araz-Naxçıvan” maçtının hakimləri müəyyənləşdi
Millimiz DÇ-2028-ə əsas mərhələdən başlayacaq
DAHA ÇOX

Ən çox oxunanlar