Milli ciddi sınaq öncəsi Serbiyada hazırlıq keçir

İyun 1-dən etibarən 3x3 basketbol üzrə Azərbaycan milli komandası Serbiyanın Novi Sad şəhərində təlim-məşq toplanışına start verib.

Sports.az xəbər verir ki, zədə səbəbindən məşqlərə yenicə qatılmış kapitan Amil Həmzəyevin heyətə qoşulması ilə məşqlər mütəmadi şəkildə davam etdirilir.

Yığmamız hazırlıq prosesini 15 iyun tarixində yekunlaşdıracaq.

Bu təlim-məşq toplanışında əsas məqsəd 17 və 18 iyunda Kiprin Limasol şəhərində baş tutacaq Avropa Kubokunun seçmə mərhələ oyunlarına hazırlaşmaqdır.

Onu da qeyd edək ki, millimiz Avropa Kubokunun seçmə mərhələsində A qrupunda yerli Kipr, Lüksemburq və Malta yığmaları ilə mübarizə aparacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar