Digər
Babayevdən Slovakiyada gümüş medal

09.06.2023 | 10:35
Slovakiyanın Koşiçe şəhərində Dünya Kontinental Turu - Bürünc səviyyədə keçirilən JBL Tullanmalar Festivalında Nazim Babayev uğurlu nəticə ilə yadda qalıb.
Sports.az xəbər verir ki, atletimiz uzunluğa tullanma üzrə yarışda 7.80 m-lik göstəriciyə imza atıb.
Yekunda yalnız çexiyalı Radek Yuşkadan geri qalan Babayev 2-ci yeri tutub.