Digər
Azərbaycan qılıncoynadanları Antalyada hazırlıq keçirlər

15.09.2023 | 11:22
Qılıncoynatmanın sablya növü üzrə qadınların ibarət Azərbaycan milli komandasının üzvləri Səbinə Kərimova, Zərifə Hüseynova, Sevil Bünyatova, Palina Kaspiaroviç, Valeriya Bolşakova və şpaqaçımız Ruslan Həsənov sentyabrın 11-dən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışındadır.
Sports.az xəbər verir ki, təlim-məşq toplanışı ayın 21-nə kimi davam edəcək.
Bu toplanış 21-25 sentyabrda Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçiriləcək "Satellite" turnirinə hazırlıq xarakteri daşıyır.