Digər
Azərbaycan atıcılarından DÇ-də 2 gümüş medal

24.09.2023 | 01:03
Milli Paralimpiya Komitəsinin güllə atıcılığı üzrə yığmasının üzvləri Perunun paytaxtı Limada keçirilən dünya çempionatında 2 medal qazanıblar.
Sports.az xəbər verir ki, Kamran Zeynalov və Aybəniz Babayeva gümüş mükafata yiyələniblər.
Onlar 10 metr məsafəyə atəşdə bu uğura nail olublar.