Digər
“Azərreyl”in Çağırış Kubokundakı oyunlarının vaxtı müəyyənləşdi
![](https://sports.az/file/articles/2023/10/03/1696348095_voleybol.jpg)
03.10.2023 | 19:47
Qadın voleybolçulardan ibarət “Azərreyl” klubunun Çağırış Kubokunun 1/32 final mərhələsində keçirəcəyi oyunların vaxtı müəyyənləşib.
Sports.az xəbər verir ki, Ukrayna təmsilçisi “Balta” ilə bu raundun hər iki matçı tərəflərin razılığına əsasən Bakıda baş tutacaq.
Azərbaycan klubu rəqibini oktyabrın 17-də qəbul edəcək. Bir gün sonra “Balta” nominal meydan sahibi olacaq. Azərbaycan Voleybol Mərkəzində keçiriləcək hər iki görüş saat 20:00-da start götürəcək.