Digər
Çelenc kuboku: Təmsilçimiz 1/16 finalda ilk oyununa çıxır

21.11.2023 | 13:00
Kişi voleybolçulardan ibarət “Xarı Bülbül” Çelenc kubokunda bu gün növbəti oyununu keçirəcək.
Sports.az xəbər verir ki, Şuşa təmsilçisi 1/16 finalda ilk matçına çıxacaq.
Ziya Rəcəbovun baş məşqçisi olduğu kollektiv Bakıda Yunanıstanın “Panatinaikos” klubu ilə üz-üzə gələcək. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq qarşılaşmaya saat 19:00-da start veriləcək.
Afina təmsilçisi ilə cavab görüşü noyabrın 29-da Yunanıstanda reallaşacaq.
“Xarı Bülbül” Çelenc kubokunun 1/32 finalında Slovakiyanın “Spartak” komandasını hər iki görüşdə məğlub edib (3:0, 3:1).