“Azərreyl”dən növbəti qələbə

Qadın voleybolçular arasında Azərbaycan çempionatında 3-cü turun oyunlarına yekun vurulub.

Sports.az xəbər verir ki, bu gün Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan görüşdə “Azərreyl” və “Murov Az Terminal” komandaları üz-üzə gəliblər.

Qarşılaşma birincilərin 3:0 (25:13, 25:21, 26:24) hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, hərəyə 6 xalı olan komandalar turnir cədvəlində 2-3-cü pillələri bölüşdürürlər.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar