Digər
“NTD-İndiqo” və “Sərhədçi” kuboka qələbə ilə başladılar
![](https://sports.az/file/articles/2024/02/28/1709147677_7a95d745-6196-419a-9469-072a8c15f461.jpeg)
28.02.2024 | 23:13
“Sərhədçi" İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun "B" qrupunda iki oyun keçirilib.
Sports.az xəbər verir ki, günün ilk oyununda "NTD-İndiqo” və "Şəki" komandaları qarşılaşıblar.
Oyun Xaçmaz klubunun 103:63 hesablı qələbəsi ilə yekunlaşıb. Ən məhsuldar basketbolçular "NTD-İndiqo"da Murad Babayev (21 xal, 2 ribaund), "Şəki"də isə Pol Dibal (13 xal, 4 ribaund) olub.
Günün ikinci oyunu "Sərhədçi" və "Gəncə" klubları arasında baş tutub. Görüşdə "Sərhədçi"nin 99:63 hesablı qələbəsi qeydə alınıb. Ən məhsuldar basketbolçular "Sərhədçi"də Cəbrayıl Əkbərov (22 xal, 12 ribaund), "Gəncə"də Donovan Filds (13 xal, 1 asist) olub.