Tanınmış şahmatçının qızı Azərbaycan çempionu oldu

Tanınmış şahmatçı Türkan Məmmədyarovanın qızı İnci Orman tennis üzrə Azərbaycan çempionu olub.

Sports.az xəbər verir ki, o, Bakı Tennis Akademiyasında 8-10 yaşlı qızların yarışında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Yeniyetmə idmançı turnirdə bütün rəqiblərinə qalib gəlib.

İnci Orman 3 ildən çoxdur peşəkar səviyyədə tennislə məşğul olur.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar