Digər
Azərbaycan boksçusundan ilk görüşdə qələbə
![](https://sports.az/file/articles/2024/05/27/1716839469_3df5ccdd-1c12-365e-ae18-1ce34932e560_850.jpg)
27.05.2024 | 23:49
Tailandın paytaxtı Banqkokda davam edən boks üzrə 2-ci Dünya Olimpiya Təsnifat Turnirində Azərbaycan millisinin boksçusu Alfonso Dominqes ilk görüşünə çıxıb.
Sports.az xəbər verir ki, yarışın dördüncü günündə 92 kq-da mübarizə aparan dünya çempionumuz 1/32 finalda qanalı Conatan Tette ilə qarşılaşıb.
Görüş Dominqesin 5:0 (30:27, 30:27, 28:29, 30:27, 30:27) hesablı qələbəsi ilə yekunlaşıb.
O, növbəti döyüşündə ilk mərhələdən azad olan Marko Çaçiklə (Xorvatiya) üz-üzə gələcək. Qarşılaşma mayın 30-da baş tutacaq.