Azərbaycan millisi yoldaşlıq görüşündə qələbəyə sevindi

Həndbol üzrə 18 yaşadək oğlanlardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq görüşü keçirib.

Sports.az xəbər verir ki, Avropa çempionatının təsnifat mərhələsinə Rusiyanın Həştərxan şəhərində hazırlaşan yığma yoxlama görüşündə yerli komanda ilə qarşılaşıb.

Matç həndbolçularımızın qələbəsi ilə başa çatıb - 36:27.

Azərbaycan millisinin iyulda Mingəçevirin “Kür” Olimpiya Tədris-İdman Mərkəzində daha bir təlim-məşq toplanışı nəzərdə tutulub.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar