“Sumqayıt”ın yeni baş məşqçisi müəyyənləşdi

Baş məşqçisi Teymur Hüseynovla yollarını ayıran “Sumqayıt” basketbol klubunun yeni çalışdırıcısı açıqlanıb.

Sports.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisini yeni mövsümdən etibarən rusiyalı Aleksandr Mixaylov çalışdıracaq.

46 yaşlı mütəxəssis ilk olaraq Kursk və Çelyabinsk “Dinamo”sunda köməkçi məşqçi kimi çalışıb. O, 2016-2019-cu illərdə “Tambov” klubunun “sükanı arxasına" keçib və komanda onun başçılığı altında Rusiyanın II Liqasının qalibi olub. Daha sonra Mixaylov Maqnitaqorsk “Metallurq”u və “Novosibirsk” klublarını çalışdırıb.

Onun son klubu Rostovun “Peresveta-YFU” komandası olub.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar