NTD amerikalı basketbolçu ilə gücləndi

NTD klubu heyətini ABŞ-dən olan basketbolçu ilə gücləndirib.

Sports.az xəbər verir ki, paytaxt təmsilçisi Linton Braunla cari mövsümün sonuna kimi müqavilə bağlayıb.

24 yaşlı universal basketbolçu həm atış müdafiəçisi (shooting guard), həm də kiçik forvard (small forward) mövqeyində oynaya bilir.

Onun sonuncu klubu “Wayland Baptist University” olub.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar