Digər
ABL: Bu gün 9-cu tura start veriləcək

24.12.2024 | 11:15
Azərbaycan Basketbol Liqasında bu gün 9-cu tura start veriləcək.
Sports.az xəbər verir ki, günün yeganə matçında son ölkə çempionu "Sabah" NTD ilə üz-üzə gələcək.
Qarşılaşma saat 19:00-da başlayacaq.
"Sabah" A qrupunda 15 xalla liderdir. NTD 9 xalla sonuncu - altıncı pillədə qərarlaşıb.
Turun digər oyunları 25, 26 və 27 dekabrda keçiriləcək.
Son xəbərlər





























