Digər
Naxçıvanda daha bir federasiya fəaliyyətini dayandırdı
14.01.2025 | 19:00
Naxçıvanda Kikboksinq Federasiyası fəaliyyətini dayandırıb.
Sports.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyası fəaliyyətini dayandırıb.
Federasiya bu addımı öz ərizəsi əsasında edib və ləğv olunub.
Federasiya 2018-ci ildə yaradılmışdı və sədri Xəyal Abdullayev idi.
Xatırladaq ki, ötən ilin sonlarında Naxçıvanda daha bir neçə idman növü üzrə federasiya fəaliyyətini dayandırmışdı.