“Əsas məqsədlərdən biri pley-offa yüksəlməkdir”

“Əsas məqsədlərdən biri pley-offa yüksəlməkdir”

“Klubun əsas məqsədlərindən biri pley-off mərhələsinə yüksəlmək və uğur qazanmaqdır”.

Sports.az xəbər verir ki, bunu NTD-nin basketbolçusu Detrek Brauninq klubun mətbuat xidmətinə müsahibəsində deyib.

O, Bakı təmsilçisini seçməsinin səbəblərinə aydınlıq gətirib:

“Təklif dekabrda gəldi və biz danışıqlara başladıq. Agentim NTD-də peşəkarların çalışdığını dedi və bu diqqətimi çəkdi. Mənim üçün buraya həyat yoldaşımla gəlmək vacib idi və onlar bunu təmin etdilər. Mövsümün əvvəlindən liqanı izləyirdim, çünki burada oynayan bir neçə dostum var. Hətta ötən mövsüm "Gəncə"də çıxış edən Markus Gilson ilə Gürcüstan çempionatını qazandım. Yəni liqadan xəbərdaram. Məşqçilər heyəti ilə söhbət etdim. Klubun əsas məqsədlərindən biri pley-off mərhələsinə çıxmaq və uğur qazanmaqdır. Təəssüf ki, mövsüm yaxşı başlamadı, amma yeni oyunçular və komandada qalanlar ilə nəticələri yaxşılaşdırmağa ümid edirik. Pley-offa qədər NTD-ni güclü bir komanda etməliyik".

Basketbolçu zamanla daha da güclənəcəklərinə inanır:

"İlk oyunumuzu yanvarın 11-də keçirdik. Cəmi 5 məşqə çıxdığımızı nəzərə alsaq, yaxşı oynadıq. Hələ də bir-birimizin güclü və zəif tərəflərini öyrənirik. Zamanla daha da güclənəcəyik. Gələcəkdə daha çox oyun qazanacağımızı düşünürəm. Güclü məşqçilər heyətimiz və qələbəyə ac komandamız var. Hazırda növbəti matçımıza hazırlaşırıq və bu oyunu səbirsizliklə gözləyirik. Daha güclü olduğumuzu göstərmək istəyirik”.

Sözügedən komanda 10 turdan sonra A qrupunda 11 xalla sonuncu - 6-cı pillədə qərarlaşıb.

Son xəbərlər
“Liverpul” “Real”a, “Bayern” PSJ-yə qalib gəldi
Əliyar Ağayevin idarə etdiyi oyunda “Arsenal” qələbə qazandı
“İlk oyunda qazanılan qələbə vacib idi”
“Neftçi”nin üzvü FIBA Avropa Kubokunda ayın ən yaxşısı seçildi
Basler Keyn və Levandovski arasında seçim etdi
“Yaxşı işlər görəcəyik” – Azərbaycan millisinin baş məşqçisi
Van Deyk “Liverpul”dan ayrılmaq istəyirmiş
“Paçuka”nın prezidentini həbs etmək istəyirlər
"Qarabağ" – "Çelsi" oyununa qanunsuz bilet satan şəxslərə qarşı əməliyyat keçirilib
Spalletti Vlahoviçlə söhbət apardığını açıqladı
Riera Serbiya nəhəngi ilə razılığa gəldi
PSJ-nin futbolçusu “Qızıl oğlan” mükafatının sahibi oldu
İslamiadada iştirak edəcək Azərbaycan güləşçiləri müəyyənləşdi
Azərbaycan millisi İslamiadadakı ilk oyununda qələbə qazandı
“Atletik” baş məşqçisinə əvəz axtarır
“İslamiadada yeni tarix yazmaq istəyirik”
“Qaradağ Lökbatan”la “Kür-Araz”dan darmadağın
“Spartak” Riera ilə maraqlanır
Böyüklər arasında Abşeron-Xızı regionu çempionatı keçirilib
Azərbaycan millisinin İslamiadadakı matçlarının təqvimi müəyyənləşdi
“Qarabağ” “Çelsi” ilə oyunun mahiyyətini bilir” - Cəfərquliyev
“Çelsi” ilə matçda mübariz oyun göstərmək istəyirik” - Qurbanov
“Qarabağ”la oyun çətin keçəcək” - Mareska
Kivu “İnter”in əsas “qol silahı”nın susqunluğu ilə bağlı sualı cavabladı
Millimizin rəqibləri müəyyənləşdi
Millimizdən ilk oyunda qələbə
Hücumçusu “Tottenhem”dən ayrılmağa hazırdır
NTD amerikalı basketbolçu ilə vidalaşdı
Pioli istefaya göndərildi
“Milan” “Roma” ilə oyunçu mübadiləsi etmək istəyir
DAHA ÇOX

Ən çox oxunanlar