Digər
“Gimnastika hamı üçün” növü üzrə “ustad dərsi” keçiriləcək
31.01.2025 | 17:30
Mingəçevirdə “Gimnastika hamı üçün” növü üzrə "ustad dərsi" keçiriləcək.
Sports.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Tədbir fevralın 2-də Mingəçevir Kür Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq.
Seminar “Gimnastika hamı üçün” növü üzrə baş məşqçi Ruslan Eyvazov tərəfindən keçiriləcək.