“Qarabağ” “Bakı”ya qalib gəldi

Həndbol üzrə Azərbaycan çempionatlarında final mərhələsinin daha 3 oyunu keçirilib.

Sports.az xəbər verir ki, kişi həndbolçuların yarışında 1–5-ci yerlər uğrunda mübarizə aparan “Qarabağ” “Bakı”ya 26:24 hesabı ilə qalib gəlib.

5-6-cı yerlər üçün yarışan “Təhsil” və “Dinamo” komandalarının duelində qalib müəyyənləşməyib – 31:31.

Qadın həndbolçuların mübarizəsində isə 5-6-cı pillələr uğrunda yarışan “Bakı” bu tur “Gənclər Birliyi”nə 40:30 hesabı ilə qalib gəlib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar