“Ardıcıl 10 məğlubiyyətdən sonra qələbə qazanmaq çətin oldu”

“Ardıcıl 10 məğlubiyyətdən sonra qələbə qazanmaq çətin oldu".

Sports.az xəbər verir ki, bunu "Lənkəran"nın baş məşqçisi Georgi Kondruseviç "Quba"ya 87:84 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Belaruslu mütəxəssis növbəti oyunlarda daha yaxı nəticələrə imza atacaqlarına inandığını bildirib:

"Ümid edirəm ki, bütün basketbolçular bir araya yığıldığı üçün bundan sonra daha rəqabətcil olacağıq. Oyun bizim üçün çox çətin keçdi. Hamımız qələbə üçün çalışdıq. Bütün komandaya təşəkkür edirəm. Sonda hesabda rəqibə çtmağı bacardıq və dönüş nöqtəsi müdafiədə daha yaxşı təsir bağışlamağımız oldu. Qələbəni bizə bu gətirdi. Xüsusi olaraq heç bir oyunçunu fərqləndirmək istəmirəm. Ümid edirəm ki, bu qələbə növbəti nəticələrimizə də müsbət təsir edər. Bunu zaman göstərəcək. Hər şey özümüzdən aslıdır".

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar