Digər
Stolüstü tennisçilər Qazaxıstanda təlim-məşq toplanışı keçəcəklər
02.02.2025 | 22:40
Azərbaycanın stolüstü tennisçiləri Qazaxıstanda beynəlxalq təlim-məşq toplanışı keçəcəklər.
Sports.az xəbər verir ki, yığma üzvləri bu məqsədlə Astana şəhərinə yola düşüblər.
Hilal Həsənov, Nihad Məmmədov, Vəzir Allahverdiyev, Hüseyn Eylazov, Zemfira Mikayılova, Xədicə Əbilzadə, Ləman Abdulhəmidova və Arzu Aslanova baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi ilə fevralın 3-dən 11-dək Qazaxıstan millisi ilə birgə hazırlıq prosesində olacaq.
Toplanış qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.