Digər
AHF rəsmisi beynəlxalq təyinat aldı

12.03.2025 | 14:15
Azərbaycan Həndbol Federasiyasının (AHF) İdman şöbəsinin müdiri İsgəndər Əsgərov növbəti təyinat alıb.
Sports.az xəbər verir ki, təcrübəli mütəxəssis kişi həndbolçular arasında AÇ-2026-nın seçmə mərhələsində Gürcüstan – Bosniya və Herseqovina oyununda Avropa Həndbol Federasiyasının nümayəndəsi olacaq.
Qeyd edək ki, qarşılaşma martın 13-də Gürcüstanın paytaxtı Tiflisdə keçiriləcək.
Son xəbərlər





























