“Qonaq komanda olmağın narahatlığını daha çox yaşadıq”

“Qonaq komanda olmağın narahatlığını daha çox yaşadıq”

"Gəncə"nin baş məşqçisi Halil Atlı "Şəki"yə 87:91 hesabı ilə uduzduqları Azərbaycan Basketbol Liqasının 19-cu turunun oyunu ilə bağlı fikirlərini bölüşüb.

Sports.az xəbər verir ki, mütəxəssis rəqibi qələbə münasibəti ilə təbrik edib:

"Onlar mübarizədən qopmadan oynadılar. Önəmli qalibiyyət əldə etdilər. Özümüzə gəlincə, mövsümün ən bərbad oyununu keçirdik. Meydançada istədiyimiz bir çox şeyi edə bilmədik. Buna baxmayaraq, bir çox parametrlərdə rəqibimizdən üstün çıxış etdik. Hakimlikdən narazı qaldım. Meydançada bəzi vaxtlarda nəfəs almağa imkan vermədiklərini fikirləşirəm. Düzdü, hakimlərin pis niyyətdə, qərəzli olduğunu düşünmürəm. Yəqin ki, rəqib komanda da belə düşünür. Məncə, qonaq komanda olmağın narahatlığını daha çox yaşadıq. Sonda məğlubiyyətlə üzləşdik".

O, ölkə kubokunda yarımfinal oyununun olduğunu xatırladıb:

"Həmin matça konsentrasiya olunmalıyıq. Liqada pley-off oynamaq hədəfimizə çatacağıq. Gəncəliləri sevindirmək istəyirik. Ötən mövsümdəkindən fərqli çıxış edirik. Məqsədimizə çatacağıq".

Son xəbərlər
“Xetafe”dən çətin qələbə
“Borussiya”ya bir qol bəs etdi
Spalletti Vlahoviçlə bağlı sualı cavabladı
“Başakşəhər”ə bir qol bəs etdi
Qleb dünyanın ən çətin çempionatı ilə bağlı fikrini açıqladı
Patrik Vieyra istefaya göndərilə bilər
Ten Haq İngiltərə Premyer Liqasına qayıda bilər
“Barselona”nın qapıçısı sıraya dönmək üzrədir
“Barselona” mərakeşli gənc ulduzu satın almağa çalışır
“Basketbolçularımız bu gün qəhrəmanlıq göstərdilər”
“Gəncə” “Şəki”yə, “Sərhədçi” “Sumqayıt”a uduzdu
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
PSJ-nin müdafiəçisi Paris klubundan ayrılmaq istəyir
“Qarabağ”dan inamlı qələbə - VİDEO
“Abubakar “Neftçi” üçün xeyirli olsun” - Qurbanov
“Məğlub olmağımıza görə məyusuq” – Kaskilya
“Roma” “Mançester Yunayted”in hücumçusunu icarəyə götürmək istəyir
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyinin qalibi oldu
Türkiyə Futbol Federasiyası 149 hakimi cəzalandırdı
“Araz-Naxçıvan”dan Benin millisinə
“Barselona” “Napoli”nin yarımmüdafiəçisi ilə maraqlanır
"Qarabağ" "İmişli"yə qalib gəldi
“Çelsi” müdafiəçisi ilə müqaviləsini yeniləmək niyyətindədir
Azərbaycanlı FIFA referisi “Napoli”nin oyununa təyinat aldı
“İmişli”nin texniki məğlubiyyətlə bağlı şikayəti qəbul edilmədi
Naxçıvanda kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
Qəbələdə kütləvi futbol festivalı keçirilib
İlk oyun qolsuz bitdi
“Barselona” “Kamp Nou”ya qovuşur
Ronaldonun oğlu millidə debüt edib
DAHA ÇOX

Ən çox oxunanlar