“Məqsədimiz pley-offa vəsiqə qazanmaqdır”

“Məqsədimiz pley-offa vəsiqə qazanmaqdır”

"Sumqayıt" basketbol komandasının baş məşqçisi Vadim Kuramşın klubun mətbuat xidmətinə müsahibə verib.

Sports.az xəbər verir ki, mütəxəssis mövsümün gedişində baş məşqçi təyin olunması ilə bağlı danışıb:

"Hər şeydən əvvəl mənə etimad göstərən klub rəhbərliyinə təşəkkür edirəm. Hərçənd bu vəzifəyə gələndə komanda B qrupunda sonuncu pillədə idi. İndi isə inamla turnir cədvəlinin ortasında qərarlaşmışıq. Matçlarda topladığımız xallar və qazandığımız qələbələr çox yaxşı kollektiv olduğumuzu göstərir. Baş məşqçi təyin olunduqdan sonra heyətin bütün legionerlərini dəyişdim. Təəssüf ki, transfer əməliyyatını limit problemi ilə üzləşdiyimizə görə sona qədər başa çatdıra bilmədim. İndi sərəncamımda cəmi 4 legioner var. Halbuki, 5-cini də gətirə bilərdik. Sizi əmin edirəm, bunu etsəydik, biz qrupda ilk pillə uğrunda mübarizə aparardıq".

O, "Sumqayıt"ı ötən mövsümlə müqayisə edib:

"Bu komanda daha yaxşı təsir bağışlayır. Məncə, indiki heyət daha güclüdür. Amma ötənilki kollektivdən Roderik Smiti indi sıralarımızda görmək istəyərdim. Onun yeri görünür. Smit çempionata damğa vuran oyunçulardan idi. Təəssüf ki, buraya qayıtmadı və karyerasını Meksikada davam etdirmək qərarına gəldi".

Baş məşqçi Azərbaycan Basketbol Liqasının ən məhsuldar komandası olmaları barədə də fikirlərini bölüşüb:

"Oyunda yüksək xallar toplamağı bacarırıq. Amma istərdik ki, yaxşı da müdafiə olunaq. Bu yöndə problemlərimiz var. Amma bunun da səbəbləri məlumdur. Ən əsası legionerləri rotasiya edə bilmədiyimizdən belə çətinliklə üzləşirik. Pley-in mərhələsində hansı komanda ilə qarşılaşacağımız elə də böyük önəm kəsb etməyəcək. Məqsəd qalib gəlib pley-offa çıxmaqdır".
 

Son xəbərlər
“Başakşəhər”ə bir qol bəs etdi
“Barselona” mərakeşli gənc ulduzu satın almağa çalışır
“Basketbolçularımız bu gün qəhrəmanlıq göstərdilər”
“Gəncə” “Şəki”yə, “Sərhədçi” “Sumqayıt”a uduzdu
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
PSJ-nin müdafiəçisi Paris klubundan ayrılmaq istəyir
“Qarabağ”dan inamlı qələbə - VİDEO
“Abubakar “Neftçi” üçün xeyirli olsun” - Qurbanov
“Məğlub olmağımıza görə məyusuq” – Kaskilya
“Roma” “Mançester Yunayted”in hücumçusunu icarəyə götürmək istəyir
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyinin qalibi oldu
Türkiyə Futbol Federasiyası 149 hakimi cəzalandırdı
“Araz-Naxçıvan”dan Benin millisinə
“Barselona” “Napoli”nin yarımmüdafiəçisi ilə maraqlanır
"Qarabağ" "İmişli"yə qalib gəldi
“Çelsi” müdafiəçisi ilə müqaviləsini yeniləmək niyyətindədir
Azərbaycanlı FIFA referisi “Napoli”nin oyununa təyinat aldı
“İmişli”nin texniki məğlubiyyətlə bağlı şikayəti qəbul edilmədi
Naxçıvanda kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
Qəbələdə kütləvi futbol festivalı keçirilib
İlk oyun qolsuz bitdi
“Barselona” “Kamp Nou”ya qovuşur
Ronaldonun oğlu millidə debüt edib
Yamal yüksək səviyyədə oynamağa tam hazır deyil
Qvardiola Halandı bircə şərtlə buraxmağa hazırdır
“Abşeron”dan daha bir transfer
ÇL: “Qarabağ”ın oyununa 27 250 bilet satılıb
Millimiz Özbəkistana qarşı
“Barselona” iki hücumçu arasında seçimini etdi
“Qalatasaray”ın ulduzu “Barselona”ya keçə bilər
DAHA ÇOX

Ən çox oxunanlar