“Cavab oyununda da nəyinsə dəyişəcəyini düşünmürəm”

“Cavab oyununda da nəyinsə dəyişəcəyini düşünmürəm”

"Lənkəran"ın baş məşqçisi Georgi Kondruseviç Azərbaycan Basketbol Liqasının pley-in mərhələsində "Gəncə"yə məğlub olduqları oyunu dəyərləndirib.

Sports.az xəbər verir  ki, mütəxəssis bu barədə klubun mətbuat xidmətinə açıqlama verib.

Belaruslu baş məşqçi ikinci oyunda nəyinsə dəyişəcəyinə inanmadığını söyləyib:

"Bilmirəm, oyunçularıma nə deyim. Deyirlər ki, oyunun sonlarını məşqçilər uduzur, amma burda basketbolçuların top itkilərinin də rolu az olmadı. Danışmaq çox çətindir. Paltardəyişmə otağında basketbolçulara nə deyəcəyimi də bilmirəm. Öndə olduğun oyunlarda qələbənin son anda əldən getməsi oyunçuların psixoloji durumuna da çox pis təsir edir. Digər tərəfdən, heyətdə 10 basketbolçu var. Onlardan 7 və ya 8-ni oyuna buraxa bilirəm. Belə olanda da nəticə qazanmaq çətin olur. Lənkərandakı cavab oyununda da nəyinsə dəyişəcəyini düşünmürəm. Əksinə, "Gəncə" daha güclü heyətlə oynayacaq. Bu gün qələbə qazana bilərdik. Təəssüf ki, bunu bacarmadıq. Çox üzücü şəkildə məğlub olduq".

Gəncə İdman Sarayında baş tutan "Gəncə" - "Lənkəran" matçı meydan sahiblərinin 96:92 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər
MS yarımmüdafiəçisini icarədən erkən surətdə geri çağıra bilər
Müdafiəçisi “Liverpul”dan ayrıla bilər
“Xetafe” baş məşqçisi ilə müqaviləsini yeniləyə bilər
“Borussiya” müdafiəçisi ilə bağlı qərar qəbul etdi
De Bröyne dünya çempionatını buraxa bilər
“Qarabağ” “İmişli” ilə üz-üzə
“Latsio” səfərdə xal itirdi
Flik Yamala qəzəblidir
“Liverpul” Slotla bağlı qərar qəbul etdi
Vinisius – Haland mübadiəsi mümkündürmü?
Endrikin müşətəriləri artır
Azərbaycan Atletika Federasiyasında hakimlər üçün seminar
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 7-ci oldu
Lənkəranda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
“Yuventus”un yeni baş məşqçisi açıqlandı
AÇ-də iştirak edəcək Azərbaycan cüdoçularının rəqibləri bilindi
ÇL: “Araz-Naxçıvan”dan heç-heçə
Azərbaycan yığması Aktauda birinci oldu
“Mançester Yunayted”in zədəli futbolçusu sıraya döndü
“Ordu” ilə oyunda çox top itkilərinə yol verdik”
Nazir İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri ilə bağlı tapşırıqlar verib
“Xilasedici”dən asan qələbə
“Ordu” “Lənkəran”a qalib gəldi
Millimizdən Moldova ilə heç-heçə
Bakıda Strateji İnkişaf Seminarı keçirilib
Fransalı futbolçu Azərbaycanla oyundan əvvəl zədələndi
“Qarabağ”ın oyunu ukraynalı hakimə tapşırıldı
Vitinya Verrattini xatırladı
Zeynalovdan Dünya Kubokunda bürünc medal
“Arsenal”dan İngiltərə futbolunda yeni rekord
DAHA ÇOX

Ən çox oxunanlar