“Yarımfinala adlamaq istəyirik” – “Abşeron”un baş məşqçisi

“Yarımfinala adlamaq istəyirik” – “Abşeron”un baş məşqçisi

"Abşeron"un baş məşqçisi Erhan Toker Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində "Naxçıvan"a qarşı keçirdikləri ikinci oyunu dəyərləndirib.

Sports.az xəbər verir ki, türkiyəli mütəxəssis bu barədə klubun mətbuat xidmətinə danışıb.

O, 85:79 hesablı qələbədən məmnun olduqlarını bildirib:

"Bizim üçün çox gözəl bir qələbə oldu. İlk dövrəyə bir qədər pis başladıq. Yaxşı müdafiə oluna bilmədik. Lakin 2-ci dövrədə yaxşı müdafiə olunduq. Bu gün İsmayıl Abdullayev və Ömər Yavaşın komandaya çox faydaları oldu. Təbii ki, digər basketbolçularımızın da əməyini unutmamalıyıq. Qarşıda bu rəqiblə daha bir oyunumuz var. Qələbə qazanaraq yarımfinala adlamaq istəyirik. Rəqibi də gözəl oyuna görə təbrik edirəm. Çox yaxşı komandadır. Fikrimcə, bu komandalar arasında daha bir oxşar görüş izləyə biləcəyik".

Qeyd edək ki, bu gün baş tutan pley-off mərhələsinin ikinci matçında "Abşeron" "Naxçıvan"a qalib gəlib. Əvvəlki qarşılaşmada isə "Naxçıvan" kollektivi (88:83) qələbəyə sevinmişdi. Cütün taleyinə üçüncü qarşılaşmada aydınlıq gələcək.
 

Son xəbərlər
Flik Yamala qəzəblidir
“Liverpul” Slotla bağlı qərar qəbul etdi
Vinisius – Haland mübadiəsi mümkündürmü?
Endrikin müşətəriləri artır
Azərbaycan Atletika Federasiyasında hakimlər üçün seminar
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 7-ci oldu
Lənkəranda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
“Yuventus”un yeni baş məşqçisi açıqlandı
AÇ-də iştirak edəcək Azərbaycan cüdoçularının rəqibləri bilindi
ÇL: “Araz-Naxçıvan”dan heç-heçə
Azərbaycan yığması Aktauda birinci oldu
“Mançester Yunayted”in zədəli futbolçusu sıraya döndü
“Ordu” ilə oyunda çox top itkilərinə yol verdik”
Nazir İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri ilə bağlı tapşırıqlar verib
“Xilasedici”dən asan qələbə
“Ordu” “Lənkəran”a qalib gəldi
Millimizdən Moldova ilə heç-heçə
Bakıda Strateji İnkişaf Seminarı keçirilib
Fransalı futbolçu Azərbaycanla oyundan əvvəl zədələndi
“Qarabağ”ın oyunu ukraynalı hakimə tapşırıldı
Vitinya Verrattini xatırladı
Zeynalovdan Dünya Kubokunda bürünc medal
“Arsenal”dan İngiltərə futbolunda yeni rekord
2-ci Liqada daha 3 turun oyun cədvəli açıqlandı
“Real” “Tottenhem”in müdafiəçisinə marağını saxlayır
“Qarabağ”ın legionerindən parataekvondoçulara dəstək
9 komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax”ın futbolçusuna bir oyunluq cəza
Əsas ulduzu “Liverpul”dan ayrıla bilər
“Şəmkir”i də azarkeşləri ziyana saldı
DAHA ÇOX

Ən çox oxunanlar